Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Türkiyə sənaye naziri yerli sənaye parklarında

Türkiyənin elm, sənaye və texnologiya naziri Fikri İşığın rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıtda bir sıra istehsal müəssisələrində olub.

"Gilan" Tekstil Parkında qonaqlaraAzərbaycan pambığından ən müasir standartlara cavab verən tekstil məhsulları istehsal edildiyi barədə məlumat verilib. Bildirilib ki, Parka daxil olan müəssisələrin avadanlıqları Avropa texnologiyası əsasında qurulub. Hazırda parkda müxtəlif növ parça, yataq dəstləri və digər trikotaj məhsulları, həmçinin müxtəlif təyinatlı odadavamlı, sukeçirməz xüsusi formalar, hərbi və idman geyimləri istehsal olunur.

Sumqayıt Kimya Sənaye Parkı ilə tanışlıq zamanı Türkiyəli qonaqlara buranın yaradılmasındakı məqsədlər barədə məlumat verilib. Parkın fəaliyyətinə dair 3D formatında film nümayiş olunub. Diqqətə çatdırılıb ki, daha iki zavodun inşasına başlanılıb. Bunlarla yanaşı, hazırda Sumqayıt Kimya Sənaye Parkının sosial zonasında yerləşəcək 16 mərtəbəli inzibati binanın inşası davam etdirilir, yaxın vaxtlarda isə Peşə Tədris

Mərkəzinin və 3 emalatxananın tikintisinə başlanılacaq.

Türkiyə nümayəndə heyəti həmçinin, Sumqayıt Texnologiyalar Parkında (STP) olub.

Sənaye parklarında görülən işlər və burada investorlar üçün yaradılmış əlverişli şərait türkiyəli qonaqlar tərəfindən yüksək qiymətləndirilmişdir.

Xatırladaq ki, Fikri İşığın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda keçirilən "BakuTel-2014" Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransında iştirak etmək üçün ölkəmizə səfər edib.

 

Simsar.az







3 Dekabr, 2014  18:56 Baxılıb: 752 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner