Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Azərbaycanda 19 yaşlı gənc qəfil dünyasını dəyişdi

Hacıqabul rayonunda 19 yaşlı gənc gözlənilmədən vəfat edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının kənarında, Hacıqabul rayonunun Rəncbər kəndi ərazisində yerləşən restoranlardan birində qeydə alınıb.

Şirvan şəhər sakini G. Şıxbalaoğlu küçəsi 62, mənzil 11 ünvanında yaşayan 1995-ci il təvəllüdlü Musayev Mürsəl Mahir oğlu avtobusla Kürdəmirdən Bakıya gedərkən dayanacaqda olan restoranda həyat yoldaşı ilə çay içərkən qəfildən halı pisləşib və dünyasını dəyişib.

Mürsəl Musayevin meyiti müayinə üçün Şirvan Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya mərkəzinə təhvil verilib.

Hacıqabul Rayon Prokurorluğundan bildirilib ki, Mürsəl Musayevin meyitinin müayinəsi zamanı ekspertiza nümunələri götürülüb və Bakıya Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib. Yalnız ekspertizanın rəyindən sonra istintaq onun hansı şəraitdə öldüyünü müəyyən edəcək.

Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda araşdırma aparılır.






3 Dekabr, 2014  18:30 Baxılıb: 761 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner