Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazir xarici qonaqlarla görüşdü

Təhsil naziri Mikayıl Cabbarov “Microsoft”, “CİSCO” və “İntel” korporasiyalarının nümayəndələri ilə görüşüb.

Simsar.az-ın məlumatına görə, görüşlərdə təhsil sistemində multimedia vasitələrinin tətbiqinin genişləndirilməsi və təhsilin müxtəlif pillələri üzrə əlaqələrin möhkəmləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, tədris prosesində İKT-dən istifadənin səmərəliliyinin artırılması və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində nəzərdə tutulan tədbirlər müzakirə edilib.

Qeyd olunub ki, təhsilin müxtəlif istiqamətləri üzrə “Microsoft”, “CİSCO” və “İntel” korporasiyaları ilə birgə layihələrin reallaşdırılması tədris müəssisələrində İKT əsaslı təlim metodologiyasına uyğun infrastrukturun yaradılması imkanlarını artıracaq. Müasir dövrün tələblərinə uyğun olaraq, tədris prosesində elektron tədris resursları və veb texnologiyalarının imkanlarından bəhrələnməyin əhəmiyyəti barədə fikirlər səsləndirilib, gələcək əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğu vurğulanıb.

 

Aysel

 






3 Dekabr, 2014  18:15 Baxılıb: 603 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner