Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ukraynaya 550 milyon avro yardım edilə bilər

Viktor Yanukoviç: “Gördüklərimdən çox təsirlənmişəm”

“Çernobıl zonasının 2016-cı ilə kimi inkişaf etdirilməsi barədə yeni plan BMT-nin bu zonanın inkişafı istiqamətində olan strategiyasına tam cavab verir. Bu, sosial-iqtisadi tədbirlər kompleksidir, həmçinin yerli əhali üçün iş yerlərinin yaradılması barədə də söz getməlidir” BMT baş katibi Pan Gi Mun aprelin 20-də “Ukrayna Evi”ndə keçirilən “Çernobıl Faciəsinin 25 illiyi. Gələcəyin təhlükəsizliyi” adlı beynəlxalq elmi-təcrübi konfransda belə deyib.
BMT baş katibi öz çıxışında Ukrayna prezidenti Viktor Yanukoviç və BAEA-nın baş direktoru Yukio Amano ilə birlikdə Çernobıl və təcrid zonasına baş çəkdiyini bildirib: “Mən gördüklərimdən çox təsirlənmişəm. Çernobıl barədə oxumaq başqa, öz gözlərinlə görmək isə tamam başqadır”.
Çernobıl Aes-inin fəsadları barədə danışarkən Pan Gi Mun qeyd edib ki, ətraf kəndlərdən 300 min, qəza ilə mübarizə aparan şəxslərdən 600 min, ümumilikdə isə 6 milyon insan bu qəza nəticəsində zərər çəkib.
“Bu, çox qorxulu rəqəmdir. Ukrayna, Belarus və Rusiya xalqları hətta indi də Çernobıl faciəsinin fəsadlarını özlərində hiss edirlər. Kimin üçün isə bu lokal hadisə kimi görünə bilər, lakin qəza nəticəsində bütün region zərər çəkib. Bu ərazilərin reabilitasiya, sosial-iqtisadi inkişaf istiqamətində dəstək və sərmayələrə ehtiyacı var. Mariya Şarapova BMT-nin səfiri kimi bu istiqamətdə çıxış edir”, - deyə Pan Gi Mun vurğulayıb.
BMT baş katibi “Sığınacaq” layihəsini yüksək qiymətləndirdiyini ifadə edərək, bunun yüz ilə yetə biləcəyini deyib.
Pan Gi Mun əlavə edib: “Biz perspektivlri görə bilərik və görməliyik də. Kiev sammitinin ideyası Yaponiyadakı “Fukusima-1” AES-ində olan qəzadan əvvəl yaranıb. Kiev sammmitinin iştirakçıları olan ölkələr günbəzin tikilməsi üçün Ukraynaya 550 milyon avro yardım etməyə hazır olduqlarını bildiriblər. Nüvə energetikasına elmi yanaşmanı bilmək vacibdir, çünki bu məsələlər qlobal xarakater daşıyır”.
Ramil






21 Aprel, 2011  15:37 Baxılıb: 1155 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner