Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycan ABŞ-la hərbi təlimləri təxirə salmağa məcbur olub

Zahid Oruc: “Amerika Rusiyanın, İranın təsirlərinə Azərbaycanın təkbaşına addımlar atmasını istəyir”

May ayında keçirilməsi nəzərdə tutulan «Regional cavab» Amerika-Azərbaycan təlimlərinin təxirə salınmasının maraqlı səbəbləri üzə çıxır. 

ABŞ səfiriliyindəb bildiriblər ki, təlimlərin təxirə salınmasını Müdafiə Nazirliyindən soruşmaq lazımdır.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib ki, yaxın zamanlarda təlimlərin keçiriləcəyi vaxt dəqiqləşəndən sonra ictimaiyyətə məlumat veriləcək.


«Turan» İnformasiya Agentliyinin analitikləri bildiriblər ki, bu dəfə təlimlərin təxirə salınması Vaşinqtonun Azərbaycanda insan hüquqlarının pozulmasını tənqid etməsiylə bağlı ola bilər.

Amma Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc əsl səbəbi belə izah edib: “«Doğrusu, bu təxirəsalmanı xüsusi siyasi səbəblərlə əlaqələndirmək istəməzdim. Rusiyanın təsiri altında bundan imtinanı real saymıram. Amerika-Azərbaycan hərbi əməkdaşlığı müəyyən həddə çatıb. Amma iki ölkə arasındakı əməkdaşlıq strateji münasibətlər səviyyəsində deyil. Bizim arzu etdiyimiz Amerika- Azərbaycan münasibətlərinin sırf hərbi əməkdaşlıq, yardımlaşma səviyyəsinə çatması üçün birinci növbədə ABŞ daha real addımlar ata bilər. Söhbət regiondakı risklərə qarşı açıq olmaqdan gedir. Belə zəmanət yoxdur. Amerika Rusiyanın, İranın təsirlərinə Azərbaycanın təkbaşına addımlar atmasını istəyir. Bu halda, Azərbaycanın uzlaşdırılmış siyasəti başadüşüləndir».

«Doktrina» Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli kimi. O deyir ki, belə davam etsə iki ölkə arasındakı hərbi əməkdaşlıq dayana bilər.
«Amerika Silahlı Qüvvələrinin Avropa komandanlığı ilə Azərbaycan Silahlı Qüvvələri arasında iş planı imzalanıb, 2010-cu ilin əvvəlində. Amma indiyədək Azərbaycan parlamenti onu ratifikasiya etmir. İkincisi, ötən ilin mayında hərbi təlimlər keçirilməliydi. Azərbaycan birtərəfli qaydada imtina etdiyi üçün təxirə salındı. Üçüncüsü, bu ilin fevralında iki ölkə arasında təhlükəsizlik danışıqları olmalıydı, o da təxirə salındı. İndi də bu təlimlər…»







21 Aprel, 2011  13:54 Baxılıb: 1116 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner