Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

ABŞ İŞİD-ə qarşı 50 min nəfərlik hərbi qüvvə yaradır

ABŞ və müttəfiqlərinin daxil olduğu beynəlxalq koalisiya İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına qarşı növbəti güc birliyinin yaradılmasına çalışır. "Report" xarici mətbuata istinadən xəbər verir ki, koalisiya təhlükəsizlik tədbirləri məqsədilə tayfa mənsublarından ibarət 50 min nəfərdən ibarət qüvvə meydana gətirəcəyini bəyan edib.

ABŞ-ın İraqdakı səfiri Stuart Cones isə verdiyi açıqlamada yaradılacaq hərbi qüvvənin təhsili və silahlandırılmasını beynəlxalq koalisiyanın maliyyələşdirəcəyini bildirib.

Eyni zamanda bu qüvvənin İraqın Ənbar vilayətinin bir qrup nümayəndə heyətinin ABŞ-a səfərindən sonra yaradılacağı deyilir. Belə bir qüvvənin yaradılmasında əsas məqsəd Ənbar vilayətinin bütün bölgələrini İŞİD üzvlərindən təmizləmək, eləcə də vilayətin sərhədlərini qorumaq vəzifələrini yerinə yetirməkdir.

Qeyd edək ki, İŞİD-in cari ilin iyun ayında İraqın Mosul vilayəti başda olmaqla digər bölgələri ələ keçirməsi nəticəsində qruplaşma ilə güc strukturları arasında qarşıdurmalar geniş vüsət alıb. Bu səbəbdən ABŞ və koalisiya qüvvələri İraq ordusuna havadan dəstək verir.






2 Dekabr, 2014  20:18 Baxılıb: 768 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner