Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

"Azərbaycan şou-biznesindən iyrənmişəm" - Elnur Hüseynov

Elnurun eksklüziv musahibəsi Meydan.TV-də

Bu müsahəbəni bir il əvvəl, Otto clubda almışam. “Mələk  və şeytan” performansı və Elnurun səs tempi , çox uğurlu bir layhə olmuşdu Eurovision üçün. Amma, həmin il Azərbaycan Dövlətinin Eurovisionda ilk çıxışı olduğu üçünmü, yoxsa hansı səbəbdənmi, bu müsabiqədə qalib ola bilmədisə, səhv etmirəmsə 10-luğa düşmüşdü.

Müsabiqədən sonra Elnuru efirlərdə, verilişlərində görə bilməsək də, clublarda onun musiqisinə qulaq asmaq  olur. Elə o mükəmməl ifası ilə Otto clubda  dayanmadan oxuyub həm də rəqs edən ifaçını görən kimi, ondan müsahibə almaq fikrinə düşdüm.

Elnurun hazırda ictimaiyyət üçün maraqlı persona olduğunu nəzərə allıb, müsahibəni sizə təqdim edirəm.

-          Elnur, Euroviziondan sonra niyə görünmədiniz?

-          Eurovisiondan sonra itmədik hərəmiz öz  layhəmiz üzərində  işləyirik. DJ Emil k ilə 3-4 mahnı ilə. Çalışırıq və bu insanların xoşuna gəlir. İstəyirik, başqa ölkələrdə Azərbaycanı təmsil edək.

-          Bu proyektlə olacaq?

-          Sözsüz ki, proyektlə , eurovision müsabiqəsində bəzi şeylər xoşuma gəlmədi, bəzi şeylər düz olmadı , indi mən özüm gedib başqa ölkələrlə danışsam  daha yaxşı olar. Hamsını özümüz etsək, heç bir problem yaranmaz

-          Bu layhələri başqa ölkələrdə necə həyata keçirdəcəksiniz? Konsertlərlə?

-          Bəli, konsertlər olacaq , açıqlamaq istəmirəm, artıq iş gedir. Bu layhədə musiqiçilər bass, kontroabas olacaq, DJ olacaq Emin K layhə kimi ölkəmizi təmsil edəcəyik.

-          “Otto” pub-da oxuyursuz, bu, qazanc məqsədi ilədir?

-          Yox, mən buranı çox sevirəm, burdakı insanlar daha yaxındır bizə, mənim xoşuma gəlir , klub abu- havası var. Başqa ölkələrdən adamlar gəlir bura. Jazz centre də  çox sevirəm burda insalar ancaq musiqiyə qulaq asmağa gəlir.

-           Amma Azərbaycan şou-biznesində görünmədiz?

-           Azərbaycan  şou- biznesinə çıxardım, amma iyrənmişəm. Mən istəmirəm “bu səhnəyə sən çıxdın, mən çıxmadım”, belə iyrənc söhbətləri. Xarici ölkəyə gedib Azərbaycanı təmsil etmək mənə yetər. Amma tv-yə çıxanda atmacalar eşitmək mənlik deyil.

-          Ancaq ingilis dilində oxuyursuz?

-          Azərbaycan  dilində mənə çətin gəlir oxumaq, iki-üç dəfə yoxladım, alınmadı. Solo və caz yatmadı bizim  dilimizə, amma fransız və ingilis dili yatır. Elə bil ki, türkcə danışırsan “konuşuyorum” bu yumşaq səslənir, amma Azərbaycan  dilində quru səslənir. Mən istəyərdim oxuyum . Danışıqda problem yoxdur.

-          Azərbaycan  müğənniləri deyirlər ki, keyfiyyətli musiqi üçün bazar yoxdur, ona görə onlar toy musiqilərini üstün tuturlar. Siz necə düşünürsüz  onlar keyfiyyətli musiqinin nə olduğunu bilmirlər, yoxsa bu, bəhanədir?

-          Bilmirəm, bəlkə bəhanədir,  bəlkə istəmirlər. Mənim  onlarla münasibətim yoxdur,  1-2 nəfəri tanıyıram, amma ad çəkə bilmirəm, deyəcəklər ki, filankəsin adını çəkmisən, mənim adımı yox.Onlarda keyfiyyət var.

-          Necə pul qazanırsız?

-          Mənə qulaq asmaq istəyənlər gəlirlər bura, mən də maaşımı alıram, bütün musiqilərimi də canlı oxuyuram.

-          Azərbaycan  musiqiçilərinin içində kim var ki, ona qulaq asmaq olar?

-          Kim profisionaldır, kim deyil, deyə bilmərəm. Amma, belə, vəziyyət pis deyil.  Sevda Ələkbarzadə  Avropada konsert verir.” Çıkıdı -çıkı “oxumur, başa düşür ki, o sənətçidir. Səviyyəlidir. Hərdən muğama da qulaq asıram, Alim Qasımova qulaq asanda tüklərim biz-biz durur.

-          Sizi toya dəvət edirlər?

-          Arada yarım saatlıq, 1-2 saatlıq gedirəm. Hər toya yox. Qıjı toyları var məsələn, amma onları da sevmək lazımdır, hər musiqiçinin öz sevəni var.

-          Çalışırsız, balansı qoruyasız, amma reallıq tamam başqadır, elə deyil?

-          Mənim dostlarım var, mənim dünyam başqadır, bu, bəsdir.

-          Heç olub ki, sizi dəvət edirlər toya filan müğənninin musiqisini oxu.

-          Yox, mənim öz proqramım olur, başqasının mahnısısnı isə xoşuma gələndə oxuyuram.

-          Üzeyir Mehdizadəni tanıyırsız?

-          Hə  cavan oğlandır, özü üçün oxuyur.

-          Yaxşı –pis məsələsi var?

-          Yox pis yaxşı məsələsi yoxdur, onu minlərlə adam sevir. Ona da uğurlar.

-          Fikir verdim, siqaret çəkə- çəkə oxuyursuz.

-          Mən səhnədə nə istəsəm, edə bilərəm. Kompleksim yoxdur.

-          Elnurun gələcək planları nədir?

-          Özünü tapmaq, özümü axtarıram həyatda da, musiqidə də. Çalışmaq, musiqini öyrənmək.

Müəllif Vəfa Nağı






2 Dekabr, 2014  20:06 Baxılıb: 3486 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner