Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanda qaçqınlara 6 milyard xərclənib

Azərbaycanda son 20 ildə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli bağlı xərclənən vəsaitin miqdarı açıqlanıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, son 20 ildə qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qayıdanadək problemlərinin həlli istiqamətində görülən tədbirlər, xüsusilə onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar 6,1 milyard dollar məbləğində vəsait xərclənib.

Bunun 2,5 milyard dolları Dövlət Neft Fondunun vəsaitidir. Təkcə bu vəsait hesabına respublikanın müxtəlif ərazilərində bütün sosial-texniki infrastrukturu ilə birlikdə 89 müasir tipli qəsəbə və hündür mərtəbəli yaşayış binalarından ibarət məhəllələr istifadəyə verilib, 210 min nəfər bu qəsəbələrə köçürülüb. Bunlarla yanaşı, hələ də ağır vəziyyətdə yaşayan soydaşlarımız da var, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində ölkə başçısının sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına və ona edilmiş Əlavələrə uyğun mərhələli şəkildə tədbirlər həyata keçirilir. Azərbaycanda bu sahədə görülən tədbirlər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən dünyanın oxşar problemlə üzləşən ölkələri üçün nümunə kimi dəyərləndirilib.






2 Dekabr, 2014  18:40 Baxılıb: 615 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner