Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Rauf Arifoğlu "Azadlıq" qəzetini və AXCP fəallarını məhkəməyə verir

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Azadlıq” qəzetini məhkəməyə verir. Bu barədə Trend-ə eksklüziv açıqlamasında R.Arifoğlu bildirib.

R.Arifoğlu deyib ki, bu qəzet onu davamlı təhqir etdiyi üçün bu addımı atır: "Əli Kərimli dəfələrlə bizi məhkəməyə, prokurorluğa verib. Mənə qarşı təhqirlər aşırı həddə gəldiyi üçün artıq iddia ərizəsi hazırlatmışam. Biz sabah, ya da birigün "Azadlıq" qəzetini, daha sonra isə məni və valideynlərimi sosial şəbəkələrdə təhqir edən AXCP fəallarını məhkəməyə verəcəyik. Demirlər ki, mən satqınam, Azərbaycan xalqını satmışam, bunları satıb pul almışam? Zəhmət çəkəcəklər, məhkəmədə bunları sübut edəcəklər.

Əgər bu təhqirlər durmasa, söyüş söyən bir sıra AXCP üzvlərinə qarşı xüsusi ittiham qaydasında da iddia qaldıracağıq. Qoy bizə desinlər ki, hakimiyyətin tapşırığı ilə kimlərisə həbs etdirmək istəyirlər. Hesab edirəm ki, hakimiyyət mənim sözümə baxan olsaydı, mənim üzərimdə hazırda xüsusi ittiham qaydasında olan iddiaları aradan götürərdi".






2 Dekabr, 2014  18:08 Baxılıb: 710 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner