Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dövlət Komitəsi zorakılıq hallarından narahatdır – Rəsmi açıqlama

“Qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir”.

Bunu Simsar.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlova deyib.

Onun sözlərinə görə, qadınlara qarşı zorakılıqla bağlı cinayətlərin sayı ildən-ilə azalır. 2011-ci ildə məişət zorkılğı ilə bağlı qadınlara qarşı cinayətlərin sayı 1957 olub. 2012-ci ildə 1476, 2013-cü ildə isə 689 olub.

O bildirib ki, rəqəmlərdə azalma olsa da komitəni narahat edən digər məqam zorakılğın törədilməsinin ağırlaşdırılmasıdır: “Yəni, zorakılıq edən şəxs bunu amansız üsullara əl atmaqla reallaşdırırır. Bu isə həmin insanların şüurunda, təfəkküründə dəyişikliyə ehtiyac olduğunu göstərir. Eyni zamanda ailədə baş verən məişət zorakılığı yalnız buna məruz qalmış (qadın, kişi, uşaq yaxud yaşlı) xüsusi qayğıya ehtiyacı olan bir insan ola bilər”.

O deyib ki, zorakılığın şahidi olmuş uşaqlar həm zorakılığın qurbanı, həm də sonradan bunu edən insanlara çevrilirlər: “Çünki, onların psixologiyasında böyük travmalar yaranır”.

A.Veysəlovanın sözlərinə görə, zorakılığın qarşısının alınması ailə institutunun möhkəmliyi, bütövlükdə, dövlətin inkişafı deməkdir. Bu baxımdan ailədə münasibətlər sisteminin düzgün olması da zəruridir. Ailədə münasibətlər normal olarsa, o zaman insanlar da cəmiyyətdə müəyyən mövqe tuta bilərlər. Tarazlıq pozularsa, həm problemi törədən, həm də yaranmış problemdən əziyyət çəkən insan cəmiyyətdə özünü təsdiq etmək üçün çətinliklərlə üzləşər. Məhz bu baxımdan zorakılığa məruz qalan qadınlara psixoloji, tibbi, hüquqi yardımın göstərilməsi və onların ailəyə, cəmiyyətə reinteqrasiya edilməsi çox vacibdir”.

A.Veysəlova əlavə edib ki, qadınlarımızın öz hüquqlarını bilməməsi bir çox çətinliklər yaradır: “Zorakılığın qarşısını almaq üçün əsas şərtlər qadın hüquqlarının müdafiəsi, qadınlara öz bacarıqlarından istifadə etmələri üçün geniş imkanların yaradılması, qadın və kişilər arasında real bərabərliyə nail olunmasıdır”.

Aysel Kərimova







2 Dekabr, 2014  17:00 Baxılıb: 746 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner