Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

5 minə yaxın əlil birdəfəlik maddi yardımla təmin edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 3 Dekabr - Beynəlxalq Əlillər günü ilə əlaqədar sosial müdafiəyə daha çox ehtiyac duyan əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara birdəfəlik maddi yardım ayırıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, ƏƏSMN-nin müvafiq əmri ilə təsdiqlənmiş “2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq həyata keçirilən bu tədbir ümumilikdə 8540 nəfər əlilliyi olan şəxsi və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağı əhatə edir. Ümumi məbləği 256 200 manat olan birdəfəlik maddi yardımların qeyd olunan şəxslərin müvafiq bank hesablarına köçürülməsinə başlanıb.

Bu ilin 9 ayında ƏƏSMN tərəfindən ayrı-ayrı ildönümlərlə əlaqədar, həmçinin sosial-məişət problemlərinin həllinə köməklik məqsədilə ümumilikdə 4 633 nəfər əlilliyi olan şəxs ümumilikdə 227 100 manat birdəfəlik maddi yardımla təmin edilib.






2 Dekabr, 2014  16:13 Baxılıb: 645 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner