Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dərs ilinin uzadılması ilə bağlı nazirdən - ƏMR

Azərbaycanda ümumtəhsil məktəblərində dərs ilinin müddətinin uzadılması ilə əlaqədar tədris həftələrinin sayı 5 günlük iş rejimi tətbiq olunan məktəblərdə 34,4-ə (ibtidai siniflərdə 33,4-ə), 6 günlük iş rejimi tətbiq olunan məktəblərdə 34,8-ə çatdırılıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a  verilən məlumata görə, nazir Mikayıl Cabbarovun Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarının icrası barədə bu barədə imzaladığı əmrə əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünəcək. Birinci yarımil - 15 sentyabr - 26 yanvar, ikinci yarımil 1 fevral - 14 iyunu əhatə edəcək.

Dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar).

İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilir. Tədris ilinin başlandığını və ümumi təhsil müəssisələrinin tədris planlarının təsdiq olunub həyata keçirildiyini nəzərə alaraq, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilən dəyişikliklər 2015-2016-cı dərs ilindən tətbiq olunacaq.

Nazır Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorları bu əmrin məzmununun ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinə çatdırılmasını və valideynlərin bu barədə məlumatlandırılması üçün müvafiq maarifləndirmə işləri aparılmasını təmin etməyi tapşırıb.

Məktəbəqədər və ümumi təhsil şöbəsi isə ümumtəhsil məktəblərinin 2015-2016-cı dərs ili üçün tədris planlarında bu dəyişikliklərin nəzərə alınmasını təmin etməlidir.

Aysel Kərimova

 

 






2 Dekabr, 2014  16:00 Baxılıb: 678 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner