Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Kəlağayı ilə bağlı yazı müsabiqəsi keçiriləcək

Jurnalistlər arasında gələn ilin mayında Bakıda keçiriləcək Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və kəlağayı sənəti ilə əlaqədar “Ən yaxşı yazı”, “Ən yaxşı videosüjet” müsabiqələri təşkil olunacaq.

Simsar.az xəbər verir ki, bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev dekabrın 2-də keçirdiyi mətbuat konfransında bildirib. Bakıda keçiriləcək Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun artıq dünya tədbiri olduğunu bildirən nazir bu mötəbər Forumun UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı tərəfindən dəstəkləndiyini xüsusi vurğulayıb. Bu il “Bakı prosesi”nin 6-cı ilinin tamam olduğunu söyləyən nazir Azərbaycan Prezidenti İlham Əliyevin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna verdiyi dəstəyi xüsusi diqqətə çatdırıb.

Ə.Qarayev nazirliyin daxilində tarixi abidələrlə bağlı xüsusi qurumun yaradılmasının nəzərdə tutulduğunu da qeyd edib: “Bununla yanaşı, nazirlikdə informasiya şöbəsinin də yaradılması planlaşdırılır. İşlərimizin təbliğində KİV-nin nümayəndələri də iştirak etməlidirlər”.

Günel

 

 

 

 






2 Dekabr, 2014  15:50 Baxılıb: 864 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner