Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Millət vəkili pakistanlı parlamentari ilə - FOTO

Millət vəkili Qənirə Paşayeva Pakistan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri H.M.Adeelə azərbaycanlı girovlardan danışıb.

Pakistanın Lahor şəhərində Asiya Parlament Assambleyasının 7-ci Plenar Sessiyasında iştirak edən millət vəkili, Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva  Pakistan Parlamentinin Xarici Əlaqələr, Kəşmir məsələləri komitəsinin sədri, senator Hajı Mohammad Adeellə görüşüb. Azərbaycan xalqının Pakistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirdiyini deyən millət vəkili Qənirə Paşayeva Azərbaycan, Qarabağ məsələsinə dəstəyindən dolayı komitə sədrinə təşəkkürünü bildrib. Azərbaycan Prezidentinin və Parlamentinin də hər zaman dost Pakistanla münasibətlərin inkişafına böyük önəm verdiyini və bütün istiqamətlərdə ikitərəfli münasibətlərimizin inkişaf etdiyini deyən millət vəkili

 

Simsar.az xəbər verir ki, Qənirə Paşayeva Azərbaycan xalqının hər zaman Pakistana böyük sevgi bəslədiyini deyib. “Pakistan Milli Assambleyası Xocalı soyqırımını rəsmi olaraq tanıyıb və Ermənistanın insanlıq əleyhinə yönəlmiş bu vandalizm hərəkətlərini qətiyyətlə pisləyib, eləcə də Pakistan Azərbaycan torpaqlarını işğalda saxladığı üçün Ermənistanla diplomatik əlaqələr qurmayıb. Azərbaycan xalqı dost və qardaş Pakistan dövlətinin, parlamentinin bu addımını Azərbaycana ən böyük dəstəyi və qiyməti kimi dəyərləndirir". Millət vəkili Azərbaycanın da bütün beynəlxaql platformalarda hər zaman  Pakistana böyük dəstək verdiyini xüsusi vurğulayaraq ölkələrimiz arasında münasibətlərinin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qardaş Pakistanda həyata keçirdiyi böyük və əhəmiyyətli layihələrin xüsusi rolunu da vurğulayıb. Millət vəkili Qənirə Paşayeva Pakistan Parlamentinin Xarici Əlaqələr komitəsinin sədri, senator Hajı Mohammad Adeelə  Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyət, Ermənistanın bölgədə davam edən təxribatları, dinc azərbaycanlıları  snayperlərlə hədəfə alması, Ermənistanın dünyadakı erməni diaspor və lobbisi ilə Azərbaycan əleyhinə apardıqları siyasət və Azərbaycanın bölgədə və dünyada Ermənistanın təxribatlarına qarşı mübarizəsi, əldə olunan nəticələr barədə də komitə sədrinə geniş məlumat verib və fikir mübadiləsi aparılıb. Millət vəkili Qənirə Paşayeva   Pakistan Parlamentinin Xarici Əlaqələr komitəsinin sədri, senator Hajı Mohammad Adeelə  Dağlıq Qarabağ münaqişəsi barədə son vəziyyət,  Ermənistanın bölgədə  bu gün də davam etdirdiyi təxribatlar, girov götürdükləri azərbaycanlılara – Dilqəm Əhmədova və Şahbaz Quliyevə qarşı törətdikləri vəhşiliklər barədə  və eyni zamanda Qarabağ həqiqətlərinin daha geniş yayılması, Xocalı Soyqırımının dünyada tanıdılması istiqamətində Azərbaycanın gördüyü işlərdən danışıb və bildirib ki, bu məsələlərdə bundan sonra da hər zaman  qardaş Pakistanın və onun xarici ölkələrdə yaşayan böyük diasporunun dəstəyinə ehtiyac var. Azərbaycanda səfərdə olduğunu, yüksək səviyyədə görüşlər keçirdiyini və dost Azərbaycanı və onun Pakistana dəstəyini hər zaman yüksək qiymətləndirdiklərini deyən Pakistan Parlamentinin Xarici Əlaqələr, Kəşmir məsələləri komitəsinin sədri, senator Hajı Mohammad Adeel münasibətlərimizin daha da inkişafı bizi məmun edir və əməkdaşlığımızı bütün istiqamətlərdə bundan sonra da daha genişləndirilməsi istqamətində çalışmalarımızı artırmalıyıq deyib. Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımının tanınması ilə bağlı Pakistanın birmənalı mövqeyi olduğunu və bunun heç bir zaman dəyişməyəcəyini deyən Hajı Mohammad Adeel bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacağıq deyib. Pakistan Parlamentinin Xarici Əlaqələr  komitəsinin sədri, senator Hajı Mohammad Adeeli təkrar Azərbaycanda görməkdən məmnun olacaqlarını deyən millət vəkili Qənirə Paşayeva onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Hajı Mohammad Adeel Azərbaycanı təkrar görməkdən böyük məmnuniyyət duyacağını deyib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva komitə sədrinə müəllifi olduğu kitabları, həmçinin həmmüəllifi olduğu “ Xocalı Soyqırım şahidlərin dilindən” kitabını və rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib. Bundan başqa Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı kitab və materiallar, musiqi albomları da Pakistan Parlamentinin Xarici Əlaqələr, Kəşmir məsələləri komitəsinin sədri, senator Hajı Mohammad Adeelə hədiyyə olunub.

 






2 Dekabr, 2014  11:11 Baxılıb: 924 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner