Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Hökməli və Qobudakı evlər çox təhlükəlidir...” – Geoloqdan XƏBƏRDARLIQ

Adil Əliyev: “Vulkan püskürməsi baş vermiş ərazilərin ətrafında evlər tikilib. Bu yerlərdə evlərin tikilməsi çox təhlükəlidir”.

Bunu Simsar.az-a açıqlamasında AMEA Geologiya İnstitutunun əməkdaşı geologiya-mineralogiya elmləri doktoru, Azərbaycanın əməkdar elm хadimi Adil Əliyev deyib.

Onun sözlərinə görə, vulkanlar enerji toplayırlar, daha sonra onu çıxarmaq üçün arabir püskürürlər. “Vulkanın püskürəcəyini proqnozlaşdırmaq çətindir. Bunu qabaqcadan bilmək olur, amma vulkanın nə zaman, hansı ayda, necə püskürəcəyini demək çətindir. Hər il Azərbaycanda 3-5 vulkan püskürməsi baş verir. Bunlar hər il baş verir, vulkanlar çox olduğu üçün püskürmələrin də olması təbiidir. Hansısa vulkan zəlzələdən sonra püskürür, digəri isə başqa səbəbdən püskürür”.

A.Əliyev vulkan püskürməsi ehtimalı olan əraziyə yaxın yerlərdə fərdi evlərin tikilməsinə də münasibət bildirib.

O, deyib ki, vaxtilə vulkan püskürməsi baş vermiş ərazilərin ətrafında  evlər tikilib. Bu olduqca təhlükəlidir. Abşeron yarımadasında vulkan püskürməsi ehtimalı olan ərazilərdə əvvəllər ev tikilib. “Hökməli vulkanının ətrafında, Qobu kəndinin yaxınlığında yerləşən Bozdağı vulkanı ətrafında krater sahəsinə yaxın yerdə yaşayış evləri salınıb. Tikinti işləri palçıq vulkanlarından 1,5 km uzaq məsafədə aparılmalıdır, çünki vulkan püskürməsi baş verəndə alov sütunu alınır, böyük hərarət yaranması nəticəsində çatlar əmələ gəlir. Bu isə insan həyatı üçün olduqca təhlükəlidir. Bələdiyyələr püskürmə təhlükəsi olan torpaqları qanunsuz yolla insanlara satmağa çalışsalar da bu halların qarşısı alınır.

Aysel Kərimova

 

 

 

 






2 Dekabr, 2014  11:00 Baxılıb: 1062 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner