Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ziya Bünyadov prospekti açıldı

Paytaxtın Ziya Bünyadov (keçmiş Dərnəgül) prospektində aparılan təmir işləri artıq başa çatıb və yol hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti üçün açıqdır. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, prospektin Əliyar Əliyev və Əhməd Rəcəbli küçələri ilə kəsişmələrində yerləşən köməkçi yollar istisna olmaqla yolun əsas hissəsində işlər başa çatıb. Həmçinin Əliyar Əliyev küçəsində yerləşən yol ötürücüsündə temperatur tikişləri qoyulur. Yaxın 15 gün ərzində hava şəraiti normal keçərsə, prospekt tam şəkildə istismara veriləcək.

Qeyd edək ki, Ziya Bünyadov prospektində təmir işləri Böyükşor yol qovşağından Xutor dairəsinədək 9,2 km uzunluğunda aparılıb. Hərəkət zolaqlarının sayı keçdiyi ərazilərdən asılı olaraq, bəzi yerlərdə 12 (6 gediş, 6 gəliş), digər yerlərdə isə 10-dur (5 gediş, 5 gəliş).






2 Dekabr, 2014  10:30 Baxılıb: 707 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner