Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

BMT yardımı kəsdi, Suriya qaçqınları aclıqla üz-üzə

Soyuq qış qabağı BMT-dən Suriyalı qaçqınlara pis xəbər gəlib. Belə ki, yardım edən ölkələri verdikləri sözü tutmamaqda ittiham edən BMT, 1.7 milyon Suriya qaçqınına etdiyi qida yardımını kəsdiyini açıqlayıb.

Simsar.az xarici mətbuata istinadən xəbər verir ki, BMT-nin Dünya Qida Proqramının icraçı direktoru Ertharin Cousin bildirib ki, qaçqınlara qida kuponlarının verilməsinin dayandırılması, onsuz da əziyyət çəkən bu insanlar üçün “fəlakət” olacaq: “Bu səbəbdən Suriyalı ailələr aclıqla qarşı-qarşıya qalacaqlar. Bir çox yardım edəcəyini deyən ölkə sözünü tutmadı”.

Qeyd edək ki, BMT-nin Dünya Qida Proqramı çərçivsində Türkiyə, İordaniya, Livan, İraq və Misir kimi ölkələrə sığınan Suriyalılara edilən yardımların sadəcə dekabr ayında davam edə bilməsi üçün 64 milyon dollara ehtiyyac var. BMT-nin statistikasına görə bölgə ölkələrinə sığınan Suryalıların sayı 3 milyonu keçib. Ölkə içində isə 6.5 milyon nəfər evini itirib.

Vüsal Qarayev







2 Dekabr, 2014  09:38 Baxılıb: 870 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner