Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Böyrək xərçəngindən ölən 2 yaşlı Çin İmperatoru

Puyi, 1644-cü ildən bəri Qing sülalə olaraq Çini idarə edən soylu Mancur Aisin Gioro ailəsinə mənsub olub. 1908-ci ilin 13 noyabrında dul İmperatriça Cixi (Tze Hsi) tərəfindən 2 yaşında taxtın varisi elan edilib. Atası Chun II-nin şahzadə olmasına görə, taxta miras yolu ilə deyil, İmperatriçanın əmri ilə sahib olub.

İmperatriça Cixi 47 il ərzində Qing sülaləsini idarə edib. İmperator Xianfengin kənizi idi və bu vəhdətdən, atasının ölümündən sonra 1861-ci ildə taxta keçən oğulları Zaichun (rəhbərlikdəki adı Tongzhi) dünyaya gəlib. Tongzhinin 18 yaşında qəfil ölümündən sonra (hamilə arvadı da özündən iki ay sonra öldü) İmperatriça Cixi 3 yasında qardaşı oğlu Zaitani İmperator Guangxu olaraq taxta keçirib. Taxta yeni keçən İmperator Guangxu, o zaman doğulmamış Pu Yi-nin əmisi idi. Puyinin Qadağan Olunmuş Şəhərə gəlişindən bir gün sonra İmperator Guangxu 37 yaşında, övladı olmadan ölüb. Ölümündən bir gün sonra İmperatriça Cixi həyatla vidalaşıb. Guangxunun ölümündən sonra İmperatriçanın onu, Puyinin taxtın sahibi olması üçün zəhərlədiyi şayiələri yayılıb.

Anasından ayrılan Pu Yi südanası və harəmağaları tərəfindən böyüdülüb (doğma anası 1921 ildə narkotik ilə intihar edib). Pekindəki Qadan Olunmuş Şəhərdə hər şeydən uzaq böyüyüb və xüsusi müəllimlərdən dərs alıb. 1919-cu ildə Şotlandiyalı müəllim Reginald Fleminq Johnstondanın şagirdi olub. Pu Yi heç vaxt məktəbə getməyib. Sinif yoldaşları yalnız qardaşı Pi Jie və bəzi nəcib ailə uşaqları olub.

Pu Yi 1912-ci ilin fevral ayının 12-də Çinli komandir Yuan Shikai və Respublikaçılar tərəfindən istefaya göndərilib. Böyük Qing Sülaləsi İmperatorunun qorunması adı altında verilən fərmanda, ona şərəf və İmperatorluq sarayında yaşamağa davam etməsi üçün söz verilib. Bundan başqa, illik olaraq dörd milyon Yuan vəsait alıb.

Taxtdan endirildikdən sonra evdə yaşamağa davam edib. 1917-ci ilin 1 iyun tarixindən etibarən yenidən 13 gün İmperator kimi taxta oturdulub. 1924-cü ildə sarayı tərk etmək məcburiyyətində qalıb və Tianjindeki Yapon koloniyasına yerləşərək, yeddi il Yaponların himayəsində yaşayıb.

O, 1932-ci ilin mar ayının 9-da Çin-Yapon Mançjuriya böhranında, Mançukuo Sədri olub və 1934-1945 illər arasında Almaniya, İtaliya və Vatikana daxil olduğu bəzi dövlətlər tərəfindən, diplomat olaraq qəbul edilən Yapon rəhbər bu kukla dövlətin İmperatoru olub.

Pu Yi II Dünya Müharibəsində Yaponiyanın təslim olmasından sonra, 1945-ci ilin 14 avqustunda Ruslara əsir düşüb. Çitada və Xabarovskidə 1950-ci ilə qədər həbsdə qaldı. 1950-ci ildə Çin Xalq Respublikasına təhvil verilib. 1959-cu ilə qədər Mançjuriya-da nəzarətdə saxlanılıb. Bu müddət ərzində ideoloji fikrinin dəyişməsi üçün tərbiyə edilib.

1959-cu ildə Mao Zedongun sərəncamı ilə əfv etdi və bağban kimi sadə bir həyat yaşamağa başlayıb. Daha sonra Pekin Universitetinin Tarix İnstitutunda arxivçi olaraq çalışıb və yenidən evlənib. 1964-cü ildə Çinhalksiyasi Məsləhətləşmə Konfransı tərəfindən Milli komitə üzvü seçilib.

1964-cü ildə "Həyatımın ilk yarısı" adlı üç cildlik tərcümeyi-halı dərc olunub. Normal bir vətəndaş olaraq Çin Xalq Respublikasındakı həyatının ikinci yarısını erkən ölümündən dolayı reallaşdıra bilməyib.  1967-ci ilin oktyabr ayının 2-də böyrək xərçəngindən vəfat edib.

Hüseyn İbadlı

 

 






2 Dekabr, 2014  08:45 Baxılıb: 916 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner