Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ərdoğan Putinə etiraz etdi

Rusiya prezidenti Vladimir Putin Ankara səfəri çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Suriya problemini müzakirə ediblər.

Simsar.az-ın məlumatına görə, hər iki ölkə liderinin keçirdiyi birgə mətbuat konfransında Suriya ilə bağlı sualları cavablandıran prezidentlər aralarında Bəşər Əsəd məsələsində fikir ayrılıqlarının olduğunu bir daha nümayiş etdiriblər.

Putin bildirib ki, Suriyada sülhün və təhlükəsizliyin təmin olunması üçün Türkiyə ilə Rusiya əməkdaşlıq edəcək: "Məsələ budur ki, Suriyada yaşayan bütün insanlar necə özünü etibarda hiss edə bilər və rəhbərlik mövzusunda da necə bərabər hüquqlar əldə edə bilərlər? Bu mövzuda əməkdaşlıq etməliyik və bir-birimizi təmin edən qərarlar verməliyik. Bu qərarlar əvvəlcə Suriya xalqı və bütün siyasi gücləri üçün uyğun olmalıdır. Bunun üçün də biz bu prosesin bütün tərəfləri ilə təmas vəziyyətində olacağıq. O cümlədən də Türkiyədəki dostlarımızla da təmaslarımız davam edəcək.

Bəzi texniki problemlərimiz var. Suriya rəhbərliyi ilə müəyyən səbəblərdən əlaqələrimiz məhduddur. Oradakı proseslərə birbaşa təsir edə bilmirik".

Ərdoğan isə Bəşər Əsəd rejimini terrorçu adlandırıb və Suriyada yaşananların birbaşa Əsəd rejimi tərəfindən qaynaqlandığını deyib. Onun sözlərinə görə, Suriyada Bəşər Əsəd rejimi getməlidir və xalqı azad seçkilərə hazırlamaq üçün bir platforma hazırlanmalıdır.

Putinin Əsədin son prezident seçkisində yüksək səs almasına diqqəti yönəldərək əhalinin rəsmi Dəməşq hakimiyyətini dəstəklədiyini bildirməsinə cavab olaraq Ərdoğan deyib ki, bütün çevriliş edənlər və bu tip rejimlər seçkilərdə 90 və ya 95 fazi səs toplayırlar: "Biz bunu Türkiyədə baş verən çevrilişlərdə də görmüşük. Eyni zamanda Misirdə və Suriyada da gördük. Məsələ budur ki, bu seçkilərdə xalqın azad seçim imkanları olmur".

Dünya Birliyinin Suriya məsələsində tutduğu mövqeyi, daha doğrusu suriyalı qaçqınlara edilən yardımları tənqid edən Ərdoğan Türkiyənin indiyə kimi bu məqsədlə 5 milyard dollar xərclədiyini bildirib: "BMT-nin bizə etdiyi yardımlar 200 milyon dollardır. Suriyada baş verənlərinin ağrısını bizim ölkə də çəkir...".







1 Dekabr, 2014  23:12 Baxılıb: 854 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner