Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Rusların maraqlarını təmin etməliyik” – POLİTOLOQ

“Azərbaycan birmənalı şəkildə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu illə həllindən imtina etmir. Amma bu o demək deyil ki, ömur boyu sülh prosesi formatında işğalçı dövlətlə danışıq aparmalıdır”.

Bunu Simsar.az-a Qərb Univeristetinin professoru, politoloq Fikrət Sadıqov Qarabağ münaqişəsinin həlli prinsiplərindən danışarkən deyib.

O bildirib ki, Azərbaycan xarici siyasətində müəyyən prioritetlərə düzəliş edib: “Uzun illər ərzində aparıcı dövlətlərin yer aldığı ATƏT-in Minsk qrupunun nizamsız fəaliyyətinə dözümlə baxmışıq. Amma artıq çəkinmədən öz sözmüzü deyirik və iradlarımızı tuturuq. Diplomatik yolla müəyyən düzəlişlər edirik. Təbii ki, bu məsələ olduqca mürəkkəbdir. Konkret olaraq əlavə variantlar yoxdur. Ya danışıqlar paramalıyıq, ya da torpalaqlar uğrunda müharibəyə başlamalıyıq. Başa düşürük ki, bir sıra amillər, aparıcı dövlətlərin-xüsusi ilə Rusiyanın və Qərbin maraqları var. Ona görə də münaqişənin həllində ehtiyyatla davranmalıyıq. Daha hücümedici diplomatik addımlar atmalıyıq!”.

Azərbaycanın yeni tərəfdaşlar axtarmalı olduğunu deyən professor bildirib ki, rəsmi Bakı bir sıra ölkələrlə münasibətləri dərinləşdirməlidir: “Müəyyən konteksdə Rusiya amili nəzərə alınmalıdır. Şimal qonşunun maraqları çərçivəsində bir sıra işlər aparılmalıdır. Çünki əsas strateji məqsəd torpaqları işğaldan azad etməkdir. Bu məqsəd uğrunda bütün üsullardan sitifadə edilməlidir”.

Hüseyn İbadlı

 






1 Dekabr, 2014  17:13 Baxılıb: 782 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner