Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İsgəndər Həmidovun keçmiş partiyası İctimai Palatanı qınadı

"Siyasi oyunbazlarla eyni cərgədə addımlamayacağıq "

Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AMDP) bəyanat yayıb. Partiyanın mətbuat xidmətinin yaydığı bəyanatda deyilir ki, son vaxtlar bəzi mətbuat orqanlarında və siyasi çevrələrdə AMDP ətrafında müxtəlif qərəzli şayiələr yayılır: “Kənar şəxslər və qruplar, o cümlədən Nizamnaməni kobud surətdə pozduğuna görə partiya sıralarından xaric olunmuş Nurəddin İsmayılov tərəfindən məkrli surətdə partiya adından verilən bəyanatların, məlumatların partiyaya heç bir aidiyyatı yoxdur. AMDP KİV rəhbərlərinin nəzərinə çatdırır ki, partiyanın siyasi mövqeyi yalnız partiyanın legitim rəhbərliyi tərəfindən açıqlana bilər”.

Bəyanatda AMDP-nin İctimai Palatada təmsil olunmadığı və bundan sonra da olunmayacağı bildirilib: “AMDP millətçi partiya olaraq imperialist qüvvələr və onların Azərbaycanda sifarişini həyata keçirən, xalqın sosial problemlərindən öz şəxsi mənafeyi üçün istifadə edən siyasi oyunbazlarla heç vaxt eyni səfdə addımlamayacaq”.






20 Aprel, 2011  19:40 Baxılıb: 1235 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner