Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

ABŞ əhalisi sürətlə silahlanır

ABŞ-da "Qara cümə” adlandırılan və təxminən bir ay davam edən Milad alış-veriş mövsümündə silah sifariş edənləri sayı durmadan artır.

Simsar.az-in məlumatına görə, Federal Təhqiqat Bürosunun (FBI) sözçüsü Stiven Fişer ölkə əhalisinin sürətlə silahlandığını etiraf edib: “144 min satışla ötən ilin rekordu yenilənə bilər. Hər 3 saniyədən bir tüfəng sifarış edilir. Bu, çox böyük bir rəqəmdir”.

“USA Today”in məlumatına görə, FTB 28 noyabr tarixində təxminən 155 min sifariş hesabladığını bildirib.

Mütəxəssislərin fikrincə, son günlərdə ölkə ərazisində qarşıdurmaların genişlənməsi, irqi zəmində ayrı-seçkilik kütləvi silah alışının əsas səbəblərindən biridir.

Xatırladaq ki, ABŞ-da bir ənənə olaraq “Qara Cümə” günündə Milad alış-veriş mövsümü başlayır. Ölkə daxilində aralarında silah mağazalarının da olduğu bir çox alış-veriş mərkəzi böyük endirim kampaniyalarına start verir. Çoxlu sayda alıcı hətta bir gün öncədən mağazaların qarşısında növbəyə durur.

 






29 Noyabr, 2014  17:32 Baxılıb: 813 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner