Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Ata-oğulun keçirdikləri qəzadan FOTOLAR

Cəlilabadda iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Simsar.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Abışabad kəndi ərazisində qeydə alınıb.

Rayonun Türkelli kənd sakini Ruslan Xudiyevin idarə etdiyi BMW markalı, 90 BF 834 dövlət nömrə nişanlı minik avtomobili rayonun Edişə kənd sakini, 31 yaşlı Aqil Ağayevin idarə etdiyi “VAZ-2107” markalı, 90 HA 163 dövlət nömrə nişanlı minik avtomobilinə çırpılıb.

Güclü zərbənin təsirindən hər iki avtomobil deformasiyaya uğrayaraq yararsız vəziyyətə düşüb.

Sürücülər xəsarət almasalar da, “VAZ-2107”-nin sərnişinləri, 57 yaşlı Elyas Ağayev və onun 17 yaşlı oğlu Aqşin Ağazadə müxtəlif dərəcəli bədən xəsarətləri  ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hər iki şəxs üzərində cərrahiyyə əməliyyatı aparılıb. Aqşin Ağazadənin vəziyyəti ağırlaşdığından o, paytaxt xəstəxanalarından birinə yola salınıb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.






29 Noyabr, 2014  16:21 Baxılıb: 774 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner