Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycan-Türkiyə əlillər üçün birləşir - Foto

Azərbaycanla Türkiyə arasında əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası sahəsində də əməkdaşlıq əlaqələri müzakirə olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Simsar.az-a verilən məlumata görə, nazir Səlim Müslümov “Türkiyə-Azərbaycan Əlillərinin Dostluq günü” tədbirində iştirak etmək üçün ölkəmizdə səfərdə olan millət vəkilləri Nimet Baş, Tulay Kaynarca, Gülay Dalya, Nurdan Şanlı və “Beyazay” Dərnəyinin sədri Lokman Ayva və Dərnəyin digər üzvləri ilə görüşüb. Görüşdə Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin rəsmiləri, Türk Əməkdaşlıq və Koordinsaiya Agentliyinin (TİKA) nümayəndələri, Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Namık Ata da iştirak ediblər.

Azərbaycan və Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan S.Müslümov zaman ötdükcə bu əməkdaşlığın daha da möhkəmləndiyini diqqətə çatdırıb.

“Beyazay” Dərnəyinin sədri Lokman Ayva iki ölkə arasında əməkdaşlığın inkişafını qeyd edərək, bu əməkdaşlığın əlilliyi olan şəxslərin sosial müdafiəsi məsələləri, xüsusən əlilliyi olan şəxslərin bərpa müalicəsi  sahəsində  də davam etdirilməsinin qarşıda duran vəzifələrdən olduğunu bildirib. Millət vəkili Nimet Baş “Beyazay” Dərnəyi barədə məlumat verərək bildirib ki, bu dərnək artıq 20 ildən çoxdur əlilliyi olan şəxslərə xidmət göstərir. Türkiyə daxilində 72, ölkə xaricində 4 olmaqla, ümumilikdə 76 şöbəsi olan bu təşkilat bir sıra ölkələrlə (Şimali Kipr, Suriya, Yunanıstan, Gürcüstan, Bolqarıstan) əlilliyi olan şəxslərə xidmət sahəsində birgə layihələr icra edir. Dərnək qarşıdakı dövrdə Azərbaycanla da əməkdaşlıq əlaqələrini gücləndirmək əzmindədir.






29 Noyabr, 2014  14:20 Baxılıb: 628 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner