Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Abdulla Gül və Hidayət Orucov bir arada

Ortaq milli-mənəvi dəyərlərin yad təsirlərdən qorunması ilə bağlı məsələ müzakirə edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov Türkiyə Cümhuriyyəti Diyanət İşləri başqanı Mehmet Görməzin dəvəti ilə aprelin 15-dən 18-dək Türkiyədə rəsmi səfərdə olub.
DQİDK-nın mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, hər iki ölkə arasında din sahəsində mövcud əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi baxımından aktuallıq daşıyan səfər çərçivəsində keçirilən görüşlərdə Dövlət Komitəsi ilə Diyanət İşləri Başqanlığı arasında mövcud əlaqələrin gücləndirilməsi, ortaq milli-mənəvi dəyərlərimizin yad təsirlərdən qorunması ilə bağlı məsələlər müzakirə edilib, bölgədə dini durumun sabitliyi, vicdan azadlığının təmin olunması barədə ətraflı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Türkiyə Cümhuriyyətinin Prezidenti Abdullah Gül Hidayət Orucovu qəbul edib. Görüşdə ortaq milli-mənəvi dəyərlərimizin qorunması, böyüməkdə olan nəsillərin vətənpərvərlik ruhunda tərbiyə olunması, regionda dini sabitliyin daha da möhkəmləndirilməsi imkanları ilə bağlı fikirlər ifadə edilib. Səmimi şəraitdə keçən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətlə inkişafından və iki ölkə arasında qarşılıqlı etimadın getdikcə güclənməsindən məmunluq bildirilib. Prezident Abdullan Gül səmimi salamlarını və xoş arzularını Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib. Ölkənin digər rəsmi dövlət adamları və qeyri-hökumət təsisatlarının rəhbərləri ilə görüşlərdə də maraqlı müzakirələr aparılıb.






20 Aprel, 2011  19:07 Baxılıb: 1130 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner