Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Əməkdar artist “Traviata”nın Jermonu olacaq

Rusiya Dövlət Akademik Böyük Teatrının solisti, Azərbaycanın Əməkdar Artisti Elçin Əzizov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində C.Verdinin “Traviata” operasının tamaşasında Jermon rolunu canlandıracaq.

Teatrın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, tamaşanın noyabrın 30-da təqdim edilməsi nəzərdə tutulub.

Tamaşada Elçin Əzizovla yanaşı, Xalq Artisti Əli Əsgərov (Markiz), Əməkdar Artist Səbinə Əsədova (Flora), Anton Ferştandt(Doktor), həmçinin Opera və Balet Teatrının gənc və istedadlı solistləri İlahə Əfəndiyeva (Violetta) və Fərid Əliyev (Alfred) çıxış edəcəklər.

Tamaşa dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə olunacaq.

Qeyd edək ki, Elçin Əzizov Böyük teatrda çalışan ilk azərbaycanlı solistdir.

Günel

 






29 Noyabr, 2014  09:15 Baxılıb: 829 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner