Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Amerika qəzeti sərhədlərimizin pozulmasından yazdı

Amerikanın “The Gainsville Sun” qəzeti ABŞ-ın Azərbaycan İcmasının fəal üzvü Dürdanə Balakişiyevanın “ABŞ Sovet İttifaqından olan keçmiş müttəfiqlərinə kömək etməlidir” sərlövhəli müraciətini dərc edib (http://www.gainesville.com/article/20141124/OPINION03/141129949/-1/news300?p=1&tc=pg)..

Məqalədə bu il noyabrın 12-də Azərbaycanın hava məkanında Azərbaycan tərəfinin Ermənistanın hərbi helikopterini vurmasından bəhs olunur.

Məktubun müəllifi yazır: “Nə Ağ Ev, nə də ki, ABŞ-ın Dövlət depatamenti Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması və Azərbaycanın hava məkanı sərhədlərinin pozulması faktını hələ də pisləməyib. Ermənistan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və ABŞ tərəfindən də bəyənilmiş dörd qətnaməyə - Ermənistanı öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarmağa və Azərbaycana qarşı təcavüzü dayandırmağa çağıran qətnamələrə məhəl qoymur”.

Daha sonra məqalədə deyilir: “Azərbaycan işğal olunmuş ərazilər üzərindəki bütün hava məkanını hələ 1992-ci ildə hava hücumundan müdafiə zonası elan edib və bu qaydalar barədə Ermənistanı, beynəlxalq mülki aviasiya təşkilatını bir daha xəbərdar edib”.

Sonda müəllif ABŞ hökumətini regionda öz müttəfiqlərinə kömək göstərməyə və onların beynəlxalq səviyyədə tanınmış sərhədlərinin və ərazi bütövlüyünün pozulmasına qarşı çıxmağa çağırır.

Xatırladırıq ki, müraciət ABŞ Azərbaycanlıları Şəbəkəsinin yazılı kampaniyası nəticəsində dərc olunub.






28 Noyabr, 2014  23:53 Baxılıb: 835 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner