Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Tahir Salahov və Gənclər” - SƏRGİ

Bu gün Bakıda “Tahir Salahov və Gənclər” adlı sərginin açılış mərasimi keçirilib.

Simsar.az-ın məlumatına görə, T. Salahovun ev-muzeyində təşkil olunan sərginin təşkilatçısı Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsidir.

Tədbiri giriş sözü ilə açan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev bildirib ki, 2011-ci ildə rəssam emalatxanasını, əsərlərindən ibarət olan şəxsi kolleksiyasını və arxivini Azərbaycan dövlətinə hədiyyə edib.

Sərginin açılışında iştirak edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin isə T. Salahovun mədəniyyətlərarası dialoqun zənginləşməsində əhəmiyyətli rolunu, habelə pedaqoji fəaliyyəti ilə gənc rəssamlar nəslinin yetişdirilməsinə və dünya rəssamlığının inkişafına böyük töhfələr verdiyini qeyd edib.

Sərgidə “Sozvezdie” Gənc Yaradıcılıq Klubunun üzvləri tərəfindən M. Maqomayev, Q. Qarayev, F. Əmirov, habelə Azərbaycan və Rusiya musiqi mədəniyyətinin digər görkəmli nümayəndələrinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

Sərgi dekabrın 3-dək davam edəcək.






28 Noyabr, 2014  20:01 Baxılıb: 1056 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner