MHP lideri Dövlət Baxçalının kortejində qəza meydana gəlib.
Simsar.az istinadən xəbər verir ki, MHP lideri Tuncelidən Ankara getmək üçün yola çıxıb, bu zaman Elazığın cənubunda zəncirvari qəza yaranıb. Baxçalının kortejində 4-ü minik maşını, 1-i isə avtobus olmaqla toplam 5 avtomobil toqquşub.
Toqquşma zamanı avtomobillərə ciddi ziyan dəyib, qəzada xəsarət alan olmadığı bildirilib.