Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Koreyanın baş naziri “Azərsu”da olub - FOTO

Azərbaycanda rəsmi səfərdə olan Cənubi Koreyanın baş naziri Çank Honqvon “Azərsu” ASC-nin yeni inzibati binasının tikintisi ilə tanış olub.

“Azərsu” ASC-nin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, baş nazirə “Azərsu” ASC-nin yeni inzibati binasının Koreya “Heerim” şirkəti tərəfindən layihələndirildiyi və “Halla Engineering and Construction” şirkəti tərəfindən inşa olunduğu barədə məlumat verilib. Bildirilmişdir ki, tikintisinə ötən il başlanılan binanın 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Baş nazir Çanq Honqvon Azərbaycana səfərindən və burada keçirdiyi görüşlərdən məmnun olduğunu diqqətə çatdırmışdır: “Azərbaycanda Koreya Respublikasının bir neçə şirkət və firmaları fəaliyyət göstərir. Səfər zamanı bir daha yəqin etdim ki, Koreya şirkətləri Azərbaycanda böyük rol oynayır”.

Baş nazir “Halla” Korporasiyasının ona göstərilən etimadı doğrultmaq üçün böyük imkanlara malik olduğunu bildirərək qeyd etmişdir ki, tikintinin uğurla başa çatdırılması gələcək əməkdaşlıq üçün yeni üfüqlər aça bilər.

Qeyd edək ki, 2,3 hektar sahədə inşa edilən yeni inzibati bina 20 mərtəbədən və 2 mərtəbəli zirzəmidən ibarətdir. Binanın ümumi sahəsi 36325 kvadratmetr, hündürlüyü 124 m, mərtəbələrin hündürlüyü isə 4,8 metr təşkil edir.

“Azərsu” ASC-nin yeni inzibati binası 900-ə yaxın işçi heyəti üçün nəzərdə tutulur. Binada ofis otaqları, mərkəzi dispetçer idarəetmə otağı, Call Center,  konfrans zalları, kitabxana, yeməkxana, su muzeyi, sağlamlıq mərkəzi, digər texniki xidmət otaqları, yeraltı avtomobil dayanacağı  yaradılacaqdır.

 

 

 

 






28 Noyabr, 2014  17:40 Baxılıb: 714 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner