Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“...Allah özü sizlərlə bacarsın!“

Gün.Az saytının və "525-ci qəzet"in parlament müxbiri Kamil Həmzəoğlu (Həmidov) 8 ildən bəri yaşadığı Qobu qəsəbəsinin dözülməz şəraitindən, sosial problemlərindən bezərək, özünün facebook səhifəsində növbəti statusunu paylaşıb. Onun statusunu təqdim edirik:

"Azərenerji"də, "Sumqayıtelektrikşəbəkə"də, Abşeron İşıq İdarəsində oturanlar və digər məsul zadlar-zatlar (bir-iki nəfər istisna olmaqla) həqiqətdən insanlıqdan, adamlıqdan pay-nəsib almamış, Allah qorxusu, Allah xofu olmayan vücudlar, yaratıqlardır...

Axı, bunlara nə edəsən, nə deyəsən, hansı dildə danışasan, haralarına nəyi s...san ki, adam olsunlar, ağılları başlarına gəlsinlər, insanlara zülm-zillət verməsinlər, sadistlikdən-mazoxistlikdən əl çəksinlər, binəva və biçarəinsanların, kasıb-kusubların, hər gün hər yerdə haqqı tapdananların İşığını, Nurunu söndürməsinlər...Nə qədər yazırsan-pozursan, yenə də xeyri yoxdur, onların heç yerinə heç nə batmır ki, batmır...

Bir-iki gün işıqlar söndürülmədi, dedik ki, şükür, deyəsən, adam oldular, olmayan vicdanları oyandı, ancaq cəmi iki gün "lütf" etdilər, sancıları, qarın ağrıları yenidən tutdu bu vücudların... Srağagündən bu yana iki gündür yenə də Qobuda işıqları saatlarla, özü də qəsdən və qəsdən, bilə-bilə, ləzzət, heyf alırlarmış kimi söndürürülər...Bilirlər ki, gözləriniz üstə qaşlarınız var deyən olmayacaq bu vücudlara...Deməyə, yazmağa da artıq söz tapmıram... Nə deyim, Allah özü sizlərlə bacarsın!

P.S. Yollarımız, marşrutumuz da öncələr qeyd etdiyim kimi, bir başqa "aləm"dir...Yenə dizəcən palçıq, yenə də zığ, yenə də hasar diblərində gizlədilən ayaqqabılar...Yenə də "ölüm tıxaclar"ı, yenə də az qala yarım saatlarla gecikən marşrtut, yenə də marşruta minmək, yer üstündə davalar, söyüşlər, qarğışlar, ürək bulandıran şəhərli-rayonlu, şəhərli-kəndçi söhbətləri, yenə də qapıdan sallaşmalar, yenə də sürtüşmələr, yenə də iy-qoxu...(Dünən 167-də bir saat yarım qapının ağzında, kürəyimə soyuq döşəyə-döşəyə ayaq üstə durmuşam və özümü evə güclə çatdırmışam)... Nəqliyyat Nazirliyindəkilərin, "Azəravtoyolservis"dəkilərin, Abşeron rayon İcra Hakimiyyətdəkilərin də nə vecinə... Dərə xəlvət ... və ya köhnə hamam-köhnə tas, məsələsi






28 Noyabr, 2014  16:48 Baxılıb: 771 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner