Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycanlı rejissor Rusiyada tamaşa hazırlayır

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar Artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov və Kalmıkiya Milli Dram Teatrının baş direktoru, RF-in Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi Qalina Şurayeva arasında imzalanmış qarşılıqlı yaradıcılıq əlaqələri barədə müqavilənin bəndlərinə uyğun olaraq bu ilin oktyabr ayının sonunda Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov yeni tamaşaya quruluş vermək üçün Kalmıkiya Respublikasına ezam olunub.

Simsar.az xəbər verir ki, hazırda o, istedadlı yazıçı-dramaturq Əli Əmirlinin “Sevən qadın” əsəri əsasında eyniadlı tamaşa (iki hissəli komediya) üzərində yaradıcılıq işi aparır.

Quruluşçu rəssamı Saqlar Çulkayev olan tamaşada Kalmık Milli Dram Teatrının aparıcı aktyorları Kalmıkiya Respublikasının Əməkdar Artisti Sandji Pursyakov, aktyorlar Marina Kikeyeva, Tanya Zarayeva, Saqlara Qoydıkova və başqaları çıxış edəcəklər.

Ilk tamaşanın premyerası bu ilin dekabr ayının 12-i və 13-də baş tutacaq.

Məlumat üçün onu da qeyd edək ki, teatr rəhbərləri arasında imzalanmış müqaviləyə uyğun olaraq Kalmıkiya Milli Dram Teatrının bədii rəhbəri, RF-nin Əməkdar İncəsənət Xadimi, Azərbaycan Respublikasının Fəxri Mədəniyyət  İşçisi  Boris Manciyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” əsəri əsasında eyniadlı tamaşaya quruluş vermək üçün 2015-ci ilin may ayında Bakıya ezam olunacaq.

Günel

 

 

 

 

 

 






28 Noyabr, 2014  16:08 Baxılıb: 1165 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner