Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanda beş dövlət standartı ləğv edildi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) ölkədə qüvvədə olan dövlət standartlarının dövri yoxlamasını həyata keçirib.

Komitədən Simsar.az-a verilən məlumata görə, dövri yoxlamada məqsəd standartlaşdırma üzrə normativ sənədlərdə qoyulan tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanması səviyyəsini öyrənmək, məhsulların istifadəsinin, işlərin görülməsinin və xidmətlərin göstərilməsinin şərtlərini, əmək rejimi və şəraitini nəzərə almaq, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddəaların pozulmasının qarşısını almaqdır.

Dövri yoxlama nəticəsində 5 dövlət standartı Komitə tərəfindən ləğv edilib:

- AZS 007-94 “Peçenye. Texniki şərtlər” və AZS 008-94 “Yulaf peçenyesi. Texniki şərtlər” dövlət standartları müasir tələblərə cavab vermədiyinə, aktuallıqlarını itirdiyinə və son illər bu standartlarla məhsul istehsal olunmadığı üçün;

- AZS 009-1994 “Qazlı su. Texniki şərtlər” dövlət standartı müasir tələblərə cavab vermədiyi, eyni zamanda AZS 282-2007 “Qablaşdırılmış içməli su. Ümumi texniki şərtlər” dövlət standartı qüvvədə olduğu üçün;

- AZS 085-2003 “Yataq ağları. Ümumi texniki şərtlər” dövlət standartı Azərbaycan Respublikası dövlət standartlaşdırma sisteminin əsasını təşkil edən AZS 1.5-96 dövlət standartının tələblərinə uyğun olmadığı üçün;

- AZS 255-2007 (TŞ 6606/1989) “Xərək və xərək tutqacları” dövlət standartında ölkədə qüvvədə olmayan türk standartlarına istinad olunduğu üçün ləğv edilib.

Hüseyn İbadlı

 






28 Noyabr, 2014  15:25 Baxılıb: 798 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner