Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

MSK bülletenlərin çapına başladı

Dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Mətbəəsində seçki bülletenlərinin çapına başlanılıb.

Simsar.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və Komissiyanın üzvləri seçki bülletenlərinin çap olunması prosesi ilə tanış olub. Kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılan proses barədə danışan MSK sədri qeyd etdi ki, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər MSK-nın qərarına əsasən müəyyənləşdirilib. Belə ki, seçki keçiriləcək 1607 bələdiyyənin hər biri üçün ayrı olmaqla, ümumilikdə 4976302 (dörd milyon doqquz yüz yetmiş altı min üç yüz iki) ədəd seçki bülleteninin çap olunması nəzərdə tutulub.

Artıq namizədliyin qeydə alınması mərhələsi tamamilə başa çatmış bələdiyyələr üzrə seçki bülletenlərinin çapına başlanılıb. Seçki bülletenləri Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi, səsvermə gününə ən azı 10 gün qalmış hazırlanır və bundan sonra çap olunmuş seçki bülletenləri səsvermə gününə azı 5 gün qalmış MSK-dan dairə seçki komissiyalarına, azı 3 gün qalmış isə dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilir.

Qeyd edək ki, seçki bülletenlərinin çapı prosesinin mühafizəsi Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.

Hüseyn İbadlı

 






28 Noyabr, 2014  15:00 Baxılıb: 616 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner