Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Azərbaycanda bu il qış sərt keçəcək” - NAZİR

“Bu il Azərbaycanda qışın sərt keçəcəyi ehtimal edilir”. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib. Nazir qeyd edib ki, bu il qışın sərt olacağı ilə bağlı artıq böyük meteoroloji mərkəzlər də açıqlama verib. Azərbaycanda oktyabr ayından qarlı, yağışlı, çovğunlu hava şəraitinin müşahidə olunduğunu bildirən Hüseyn Bağırov ötən yayın güclü quraqlıq keçməsi barədə də danışıb: “Keçən yay Azərbaycanda ümumiyyətlə, meteoroloji müşahidələrin mövcud olduğu dövrdən bəri ən quraq yaylardan biri olub. Biz bunu yazdan hiss eləmişdik və qarın az yağması ilə bağlı quraqlığın gözlənilməsi barədə xəbərdarlıq da edilmişdi. Sellərlə bağlı xəbərdarlıqda bildirilmişdi ki, çaylarda sululuq normadan aşağı olacaq. Keçən yay dağ yerlərində hətta bulaqların quruması müşahidə edilmişdi. Əsasən 90-95 faiz bu təbii hadisə idi, müəyyən yerdə isə insan əməlinin nəticəsi bu halı daha da kəskinləşdirmişdi”.

Nazir, hazırda nazirliyin hidrometeorologiya departamentinin yeniləndiyini və yeni avtomatlaşdırılmış stansiyaların qurulduğunu bildirib. O, həmçinin Azərbaycanın bu sahədə beynəlxalq şəbəkələrə qoşulduğunu, ölkədə hava şəraiti ilə bağlı verilən proqnozların keyfiyyətinin kəskin artdığını deyib.






28 Noyabr, 2014  12:23 Baxılıb: 699 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner