Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycan Ukrayna telekanalının müraciətini rədd etdi

Azərbaycan XİN Ukraynanın “1+1” telekanalının Azərbaycanda akkreditasiyadan keçmək barədə müraciətinə rədd cavabı verib. Bunu Simsar.az-a Azərbaycan XİN-in sözçüsü Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, Ukraynanın “1+1” kanalı tərəfindən müvafiq akkreditasiyadan keçmək üçün Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edilib: “Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri haqqında qanunundan çıxış edərək Xarici İşlər Nazirliyi tərəfindən xarici KİV nümayəndələrinin akkreditasiyası üçün nəzərdə tutulmuş qaydalar çərçivəsində bu kanalın müraciətinə baxılıb. Təəssüf ki, bu kanalın nümayəndələri akkreditasiya qaydalarına riayət etmədən və Xarici İşlər Nazirliyində müvafiq akkreditasiya kartı almadan Azərbaycan ərazisində jurnalist fəaliyyəti ilə məşğul olublar və bu da qanun pozuntusudur”.

H. Hacıyev xatırladıb ki, bu şəxslər Azərbaycanın işğal olunmuş ərazilərinə Azərbaycan dövlətinin razılığı olmadan səfər ediblər və müraciətlərində işğal olunmuş Azərbaycan ərazilərinə səfər edəcəkləri barədə heç bir məlumat verilməyib: “Veriliş əsnasında Azərbaycana qarşı həqarət xarakterli ifadələrə yer verilib. İndi isə müxtəlif bəhanələrlə öz əməllərinə bəraət qazandırmağa çalışırlar”.






27 Noyabr, 2014  15:20 Baxılıb: 766 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner