Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“İsa Qəmbərlə Arif Hacılı dostluğu partiyanı sarsıntıdan qurtaracaq” – Əli Əliyev

“Müsavat Partiyası daxilində gedən proseslər daha da dərinləşəcək və bu müəyyən qrupa mənsub olan şəxslərin partiya sıralarından uzağlaşmasına səbəb olacaq”.

Bunu Simsar.az-a Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Müsavat Partiyası daxilində gedən prosesləri xarakterizə edərəkən deyib.

O bildirib ki, artıq partiya daxilində “yarpaq tökümü” adlı proses başlayıb: “Bu, proses davamlı olacaq. Digər partiyalardan fərqli olaraq Müsavat Partiyasında özəl bir cəhət var. Hazırda partiyanın faktiki lideri ilə partiya sədri arasında münasibətlər normaldır. Ona görə də bu münasibətlər partiyanı mümkün qədər sarsıntıdan qurtara biləcək. Amma müəyyən qədər çalxalanma olacaq”.

Qrultaydan narazı ayrılan əsas qüvvələrin – Qubad İbadoğlunun və Səxavət Əlisoyun partiya yaratma ehtimalından danışan Ə.Əliyev bildirib ki, bu onların şəxsi qərarları ilə sıx bağlı olan məsələdir. Amma nəzəri baxımdan bütün versiylar mümkündür.

VİP sədri Müsavatda fraksiya yaradılması məsələsinə də münasibət bildirib: “Fraksiya yaradılması istiqamətində aparılan proseslər davamlı olacaq. Təbii ki, nizamnamə bütün ortaya çıxan məsələləri əks etdirə bilməz. Fraksiyanın yaradılması yenilik olsa da, normal məsələ olaraq qəbul edilməlidir. Partiya ideyalarını qoruyub-saxlamaq üçün bu prosesə fərqli baxılmalıdır. Hesab edirəm ki, inkarçılıq mövqeyi heç bir fayda verməyəcək”.

Hüseyn İbadlı

 






27 Noyabr, 2014  15:15 Baxılıb: 894 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner