Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Deputat Macar-Turan Fondunda Xocalıdan danışıb

Milli Məclisin deputatı Qənirə Paşayeva Macar-Turan Fondunun Macarıstanda Xocalı və azərbaycanlı girovlarla bağlı həqiqətlərin daha geniş yayılmasında səyləri artırmağa çağırıb.

Macar Turan Vəqfinin sədri  Andras Biro millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu  İB-nin sədri  Qənirə  Paşayeva  ilə görüşüb. Azərbaycan ilə Macarıstan arasında  bütün istiqamətlərdə əməkdaşlığın yüksək səviyyədə olduğunu deyən millət  vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri  Qənirə  Paşayeva  iki  ölkənin vətəndaş cəmiyyəti,  qeyri-hökumət qurumları arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edib və ortaq layihələrin artmasının  vacibliyini söyləyib. Millət vəkili görüşdə Dağlıq Qarabağ münaqişəsi barədə son vəziyyət,  Ermənistanın bölgədə  bu gün də davam etdirdiyi təxribatlar  barədə, girov götürdükləri azərbaycanlılara – Dilqəm Əhmədova və Şahbaz Quliyevə qarşı törətdikləri vəhşiliklər barədə  Macar Turan vəqfinin sədri  Andras Biroya  geniş məlumat verib. Hər zaman Qarabağ məsələsində, Xocalı Soyqırımının yayılmasında göstərdiriyi dəstəyə görə Andras Biroya və inun rəhbərlik etdiyi Macar Turan Vəqfinə təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva Azərbaycan həqiqətlərinin, Qarabağ həqiqətlərinin, özəlliklə Xocalı Soyqırımı barədə həqiqətlərinin Macarıstan ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması istiqamətində Macar Turan Vəqfinin dəstəyini və səylərini daha da artıracağını gözlədiklərini deyib. Bu ilin avqust ayında Macarıstanda təşkil edilən V Turan Qurultayında iştirakını məmnuniyyətlə xatırlayan millət vəkili Qənirə Paşayeva Macar Turan Vəqfi tərəfindən hər 2 ildən bir  bütün Türk dövlət və xalqlarının iştirakı ilə təşkil etdiyi Turan qurultayının keçirilməsini böyük  əhəmiyyətli bir hadisə olduğunu qeyd edib və bu kimi tədbirlərin ortaq mədəniyyət, ortaq tarixin öyrənilməsi istiqamətində vacib olduğunu və Türk dövlət və xalqları arasında, Macarıstanla Türk dövlət və toplumlarının birliyinin daha da gücləndirilməsinə  böyük töhfələr veridyini deyib.  Rəhbərlik etdiyi  Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB ilə Macar Turan Vəqfi tərəfindən həyata keçirilməsi nəzərdə tutulan ortaq layihələrə toxunan millət vəkili Qənirə Paşayeva bu layihələrin  münasibətləriminin inkişafına öz müsbət töhfəsini verəcəyinə inandığını deyib və Macar Turan Vəqfi ilə əməkdaşlıqdan böyük məmuniyyət duyduğunu bildirib. Azərbaycanı çox sevdiyini və Azərbaycana hər  səfərindən məmnuniyyət duyduğunu deyən Macar Turan Vəqfinin sədri  Andras Biro hər iki ölkə arasında, ö cümlədən rəhbərlik etdiyi qurum ilə Avrasiya Beynəlxalq Araşdırmalar İnsttutu İB və digər  vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları arasında əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını deyib. Görüşdə qarşılıqlı əməkdaşlıq, həyata keçirilməsi nəzərdə tutulan yeni ortaq layihələr, ortaq tariximizin və mədəniyyətimizin öyrənilməsi, gənc nəsillərə çatdırılması, Azərbaycan həqiqətlərinin Macarıstan ictimaiyyətinin diqqətinə çatdırılması,  Macarıstan mədəniyyətinin Azərbaycanda daha geniş tanıdılması ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Macar Turan Vəqfinin sədri  Andras Biroya Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar hədiyyə edib. Macar Turan Vəqfinin rəhbəri Andoş Biroya və təşkilatın üzvləri millət vəkili Qənirə Paşayeva macarların əcdadları olan Hunların xanımlarına aid milli əlbisə hədiyyə edərək ona hər zaman Türk Dünyası ilə bağlı fəaliyyətinə, Macar Turan Vəqfi ilə əməkdaşlıq çərçivəsində görülən işlərə dəstəyinə görə təşəkkür ediblər və onu Vəqfin ən yaxın dostlarından biri olduğunu vurğulayıblar.

 






27 Noyabr, 2014  13:35 Baxılıb: 609 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner