Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycan həqiqətləri Hollandiyada təbliğ olunacaq

Diaspor Jurnalistləri Birliyi “Azərbaycan həqiqətlərinin Hollandiyada tanıdılması" layihəsinə start verib.

Simsar.az xəbər verir ki, təşkilat bu layihəni Hollandiya Azərbaycan Evi ilə birgə həyata keçirir. Layihənin məqsədi Hollandiya ictimaiyyətinə Azərbaycan, xüsusən Qarabağ həqiqətlərini yaymaqdır. Layihənin əsas hədəflərindən biri də erməni yalanlarını ifşa etməkdir.

Qeyd edək ki, layihə çərçivəsində Hollandiya mətbuatında yazıların dərc olunması, yerli siyasətçilərə Azərbaycan haqqında məlumatın verilməsi, eyni zamanda digər türk və qeyri-türk təşkilatları ilə görüşlərin keçirilməsi nəzərdə tutulub. Layihənin fəaliyyət planına yerli dini icmalara müraciətlərin göndərilməsi və kitabların təqdim olunması, eləcə də Hollandiya din (kilsə) xadimləri ilə görüşlərin keçirilməsi və onların Azərbaycana gətirilməsi də daxildir.

Layihə hər iki təşkilatın şəxsi təşəbbüs və imkanları hesabına həyata keçirilir. Kampaniya xarakterli bu layihəyə istənilən təşkilat qoşula bilər. DJB gələcəkdə bu kimi layihələri digər ölkələrdə də həyata keçirməyi planlaşdırır.

Simsar.az







27 Noyabr, 2014  12:02 Baxılıb: 685 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner