İndoneziyada 7 bal gücündə zəlzələ baş verib.
Simsar.az-ın məlumatına görə, ABŞ-ın Geoloji Xidmətinin yaydığı məlumatda bildirilir ki, yeraltı təkanların ocağı 65 kilometr dərinlikdə, episentri isə Şimali Maluku əyalətinin Ternate şəhərindən 150 kilometr şimal-qərbdə yerləşib.
Dağıntılar və zərərçəkənlər, o cümlədən sunami təhlükəsi barədə hələlik məlumat verilmir.