Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Ağdaşda yol qəzası: 1 ölü, 2 yaralı

Bakı-Qazax yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə magistral yolun Ağdaş rayonu, Qaradeyin kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 1971-ci il təvəllüdlü Abbasov Dursun Nizami oğlunun idarə etdiyi 20-DJ-968 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili qarşı tərəfdən gələn “Ford” markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində sürücü D. Abbasov aldığı xəsarətlərdən ölüb, onun həyat yoldaşı, 1973-cü il təvəllüdlü Abbasova Söhbət Kazım qızı və sərnişini, Samux sakini, 1954-cü il təvəllüdlü Yusubova Tərbiyə Murad qızı ağır bədən xəsarətləri ilə Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda T. Yusubova xəstəxananın reanimasiya şöbəsində koma vəziyyətindədir, S. Abbasovanın vəziyyəti isə orta-ağırdır.

Hadisə baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Yevlax Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunublar. Onlar deformasiyaya uğramış “Mercedes” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalan yaralıları çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.






26 Noyabr, 2014  19:47 Baxılıb: 776 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner