Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Rus əsgərinin qarşısı alındı

Saakaşvili qəti addım atdı

Gürcüstan parlamenti “Hərbi yüklərin və şəxsi heyətin ölkə ərazisindən tranziti haqqında 2006-cı il martın 31-də Rusiya ilə imzalanmış sazişin müddəti başa çatdıqdan sonra qüvvədən düşmüş sayılması haqqında” qərar qəbul edib.

Simsar.az -ın “Armenia today” xəbər portalına istinadən verdiyi məlumata görə, qərar prezident Mixail Saakaşvilinin qanunvericilik təşəbbüsü ilə yekdilliklə qəbul olunub.

Sənəd Rusiya Müdafiə Nazirliyinin hərbi yüklərinin və şəxsi heyətinin Gürcüstanın quru və hava məkanından istifadə etməklə Ermənistanın Gümrü şəhərindəki 102-ci hərbi bazaya tranziti qaydalarını müəyyənləşdirirdi. Sazişin şərtlərinə əsasən 5 illik müddət başa çatdıqdan sonra tərəflərdən biri digərini bu sazişin ləğvi barədə məlumatlandırmasa, sənədin müddəti avtomatik olaraq 1 il uzadılmış sayılacaqdı. Saziş 2006-cı il martın 31-də Soçidə Rusiya hərbi bazalarının Gürcüstan ərazisindən çıxarılması barədə müqavilə ilə birlikdə imzalanıb.

Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze bildirib ki, Gürcüstan-Rusiya münasibətlərinin indiki durumunu nəzərə aldıqda Gürcüstan ərazisinin Rusiya hərbi yükləri üçün təqdim olunması məqsədəuyğun deyil: “Biz öhdəliklərimizə sadiq qalırıq. Sazişin müddətinin yekunlaşmasından əvvəl prezident parlamentdə təşəbbüs qaldırıb və biz Rusiya Federasiyasını bu sazişdən çıxdığımız haqda məlumatlandıracağıq”.






20 Aprel, 2011  15:02 Baxılıb: 1229 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner