Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazirlikdə iclas keçirilib - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tibbi-sosial ekspertiza və reabilitasiya sisteminin təkmiləşdirilməsi sahəsində görülən işlərin müzakirəsinə həsr olunmuş iclas baş tutub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlərin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

Tədbiri açan nazir Səlim Müslümov lkə başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq, nazirliyin fəaliyyət sahələrində, o cümlədən tibbi-sosial ekspertiza sahəsində şəffaflığın təmin olunması yönündə konkret işlərin görüldüyünü, bu sahəyə nəzarətin xeyli gücləndirildiyini bildirib: “Aparılan işlərin nəticəsi kimi bu ilin ötən dövründə əlilliyi olan şəxslər arasında tam reabilitasiya göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faizdən 3,8 faizə, hissəvi reabilitasiya 0,7 faizdən 2,6 faizə yüksəlib. Təkrar olaraq əlillik müəyyən edilənlərin sayı 6338 nəfər azalıb”. Qeyd olunan dövrdə tibbi göstərişi olan əlillərə 569 ədəd əlil arabası, 369 ədəd eşitmə aparatı verildiyini qeyd edən S.Müslümov bildirib ki, bu müddətdə nazirliyin bərpa mərkəzlərində 6618 nəfərə bərpa-müalicə xidməti, 4042 nəfərə protez-ortopedik xidmət, o cümlədən 15 rayonda səyyar formada protez-ortopedik xidmət göstərilib. İxtisaslaşmış müalicəyə ehtiyacı olan 76 nəfər əlilliyi olan şəxsin, 85 nəfər sağlamlıq imkanları məhdud uşağın xarici ölkələrdəki reabilitasiya mərkəzlərində bərpa- müalicəsi təşkil olunub”.

Tədbirdə görülən işlərin yekunları, tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası ilə bağlı informasiya sisteminin tətbiqi məsələləri və əlillik müayinələrinin nəticələrinə dair informasiyaların elektron məlumat bazasına daxil edilməsi sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub. Görülən işlərin müsbət nəticələri ilə yanaşı, yol verilən nöqsanlardan da söz açılıb, fəaliyyətlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün qərarlar qəbul edilib. İclasda nazirliyin struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Aysel Kərimova

 






26 Noyabr, 2014  14:39 Baxılıb: 614 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner