Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Pakistanda Dağlıq Qarabağ münaqişəsi tədris olunacaq

Pakistanda ən böyük universitetlərindən olan Allama İqbal Açıq Universitetinin tarix fakültəsi “Pakistan və Dünya Münasibətləri”  adlı yeni dərslik nəşr etdirib.

Simsar.az xəbər verir ki, dərsliyin 6-cı - “Pakistan və Müsəlman Dünyasının məsələləri” bölümündə Ermənıstan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə 6 səhifəlik yer ayrılıb.

Dərslikdə, Dağlıq Qarabağın tarixi (3.1), münaqişənin gələcək perspektivləri (3.2), işğal olunmuş Azərbaycan ərazilərində hazırki durum (3.3) kimi bəndlər öz əksini tapıb.

Kitab əsasında tələbələr üçün universitetin tədris proqramı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında müfəssəl tarixi-elmi məlumat əldə etmək imkanı yaranıb.

Yazının müəllifləri professor Fərhat Əkram və Dr. Axtar Hüseyn tərəfindən indiki Dağlıq Qarabağ regionunun  yerləşdiyi ərazinin tarixi Azərbaycan torpaqları olduğu və Kürəkçay sazişindən sonra Rusiyanın tərkibinə daxil edildiyi qeyd edilib. Bildirilmişdir ki, Gülüstan və Türkmənçay sazişlərindən sonra ermənilərin Azərbaycanın tarixi torpaqlarına kütləvi köçü başlayıb. Bu proses  Rusiya imperatoru İ Nikolayın  “Ermənıstan Oblastinin” yaradılması haqqında müvafiq sərancamından sonra  daha da güclənib. Nəticədə,  Azərbaycanın işğalından sonra on minlərlə erməni  Qarabağ, İrəvan və Naxçıvana köçürülmüş, təkcə 1828-1911-ci və 1914-1916-ci illərdə yüz minlərlə erməni  İran və Türkiyədən Azərbaycana köçürülmüş və bu proses sonralar davam etdirlmişdir. Yazıda rus yazıçıları A. Griboyedov və N. Şavrovdan sitalar gətirilib.

Tarixçilər, ermənilərin 1905 və 1907-ci illərdə, həmçinin 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı qətliyəm törədiklərini bildirmiş, bu qanlı hadisələrin təfərrüatları barəsində dərslikdə məlumatlar öz əksini tapıb.

Bəndin böyük bir hissəsi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, respublikanın apardığı siyasət, Millətlər Liqası tərəfindən tanınması və Dağlıq Qarabağın erməni milli assambleyası tərəfindən rəsmi olaraq Azərbaycan ərazisi kimi 1919-ci ildə tanınmasına həsr edilmiş mövzular haqqında geniş bilgilər verilib.

Dərsliyin 3.2. bəndində Sovet İttifaqının süquta uğraması ərəfəsində ermənilərin Azərbaycana qarşı torpaq iddiaları qaldırdıqları bildirilib. Sumqayıt hadisələrindən bəhs edilərkən bu hadisələrin əsas təşkilatçılarından biri erməni əsilli Eduard Qriqoryan olduğu vurğulanmış, bunların arxasında ermənilərin və Sovet DTK-nın olduğu qeyd olunmuşdur. Bütün bu proseslər yüz minlərlə Azərbaycanlının tarixi torpaqlarından qovulması ilə müşahidə olunub. Bunlara baxmayaraq müstəqilliyini əldə etmiş Azərbaycan Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan SSR-nin sərhədlərində olduğu kimi beynəlxalq birlik tərəfindən tanınıb.

Yazının 3.3 bəndində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hüquqi statusu haqqında bəhs edilərək bütün beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ və ətrafında olan ərazilərin Azərbaycana məxsusluğu təsdiq edilmiş bu ərazilərin işğal altında olduğu qeyd edilib. Bildirilmişdir ki, Ermənıstan işğal olunmuş ərazilərə qanunsuz olaraq ermənilərin köçürülməsi haqqında qərar vermiş, buna sübut kimi bəzi sənədlər göstərilib.

Vurğulanmışdır ki, BMT-nın Baş Assambleyası 29.10.2004 tarixində “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamə layihəsini 59-cu sessiyası iclasının gündəliyinə daxil etmiş, 11.11.2004-cü ildə isə BMT-nin Baş Assambleyasına ermənilərin işğal olunmuş Azərbaycan ərazilərinə köçürülməsi haqqında hesabat təqdim edilib.

Eyni zamanda, dərslikdə yazılır ki, ATƏT-in fakt araşdırıcı missiyasının (FAM) işğal olunmuş torpaqlara səfəri zamanı erməni əhalisinin qanunsuz olaraq işğal olunmuş torpaqlara köçürülməsi faktını təsdiq edib.

Kitabda, Ermənıstanın beynəlxalq hüquq normalarına məhəl qoymadığı,  işğalçı siyasətini davam etdirdiyi bildirilib. Azərbaycanın mövqeyi haqqında yazan tarixçilər qeyd etmişlər ki, Azərbaycan işğalın nəticələrini qəbul etmir və işğal altında olan torpaqlarını azad etmək hüququnu özündə saxlayır.

Hüseyn İbadlı







26 Noyabr, 2014  13:34 Baxılıb: 787 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner