Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bakıda "JEK" rəisləri məsuliyyətə cəlb olundu

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti ilə birlikdə keçirdiyi tədbirlər zamanı Yasamal rayonundakı «Qanlı göl» adlanan ərazidə zibilliklərin yaranmasına, məişət tullantılarının qalaqlanmasına şərait yaratdıqlarına görə rayon İcra Hakimiyyətinin 22 və 64 saylı Mənzil Kommunal İstismar sahələrinin rəisləri Məhəmməd Hüseynov və Rafiq Novruzov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunublar.

Eyni zamanda Suraxanı rayonunda fəaliyyət göstərən «Zığ» gil yatağının cənub hissəsinə, Yasamal rayonunda isə «Qanlı göl» ərazisinə məişət və bərk tullantılar boşaltdıqlarına görə «Kamaz», «HOWO»,  «QAZ-3507» markalı yük avtomaşınların sürücüləri Rauf Məmmədov, Anar Mikayılov, Söcəddin Xurşudov Azad Musayev və Kənan Hüseynquliyev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunublar.

Məişət tullantılarını tutumlardan kənar yerlərə atdıqlarına görə Sabunçu rayon sakini Mirqədir Əzimov, Binəqədi rayon sakini Məhiyəddin Balakişiyev, Xətai rayon sakini Mirhüseyn Sadıqov, Yasamal rayon sakini Rahil Məmmədov, Abşeron rayon sakinləri Təzəgül Ağayeva, Mirzəli Məmmədov, İlham Həmidov barəsində İnzibati Xətalar Məcəlləsinin mövafiq maddəsi ilə protokollar tərtib olunub.

Ümumilikdə cari ilin ötən dövrü ərzində məişət tullantılarını tutumlardan kənar yerlərə atdıqlarına, sanitariya-gigiyena qaydalarına riayət etmədiklərinə görə 2885 vətəndaş polis orqanları tərəfindən inzibati qaydada məsuliyyətə cəlb olunub.

Hazırda bu sahədə tədbirlər davam etdirilir.






26 Noyabr, 2014  11:54 Baxılıb: 627 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner