Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva bədəni çürüyən hərbiçini ziyarət etdi

Xəbər verdiyimiz kimi, sol döş körpücüyünün oynağı səviyyəsindən hər iki sümüyünün Osteomalisi (sinə sümüyünün çürüməsi) xəstəliyindən əziyyət çəkən Silahlı Qüvvələrin Xüsusi Təyinatlı Ordusunun baş leytenantı İlkin Quliyevin vəziyyəti ağır olaraq qalır.

AZXEBER.COM-un ötən gün yayımladığı reportajdan sonra (red: Reportajı buradan oxuya bilərsiniz) İlkin Quliyevin vəziyyəti ictimaiyyətin marağına səbəb olub. İlkinin yaxınlarının portalımıza verdiyi məlumata görə, bu gün Müdafiə Nazirliyinin və Səhiyyə Nazirliyinin məsul şəxsləri ailə ilə əlaqə saxlayıb.

Ailə üzvlərinin sözlərinə görə hələlik İlkinin səhhəti ilə bağlı heç kəs qəti bir söz deməyib.

Bu gün isə, millət vəkili Qənirə Paşayeva İlkin Quliyevin səhhəti ilə maraqlanmaq məqsədi ilə onun yaşadığı ünvana gəlib. Millət vəkili hər iki nazirliyə müraciət etdiyini və onlara İlkinin səhhəti ilə bağlı işlər görməli olduqlarını deyib.

Xatırladaq ki, qaydasız döyüş üzrə Avropa çempionu, Olimpiya ikincisi və respublika üzrə bir çox titulların sahibi olan İlkin Quliyev 2008-ci ildə Moskvada keçirilən yarışda erməni rəqibini 8 saniyədə “nakaut” edərək qələbəyə imza atıb. O, Silahlı Qüvvələrin Xüsusi Təyinatlı Ordusunda (XTO) kəşfiyyatçı olub və bir çox gizli əməliyyatları müvəffəqiyyətlə yerinə yetirib. İlkin həmçinin 2010-cu ildə Milli Qəhrəman Mübariz İbrahimovun nəşinin düşmən tərəfindən geri alınması ilə bağlı tapşırığı icra edən hərbiçilərdən biri olub. 2007-ci ildə əməliyyatların birində döş qəfəsindən güllə yarası alıb. Yaralandığı gündən bu günə kimi 9 dəfə ağır əməliyyat keçirsə də, bu əməliyyatların heç biri onun xəstəliyinin qarşısını almağa kömək etməyib.






26 Noyabr, 2014  11:21 Baxılıb: 677 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner