Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Abxaziya-Rusiya sazişinin ŞOK detalları bəlli oldu

Xəbər verdiyimiz kimi, Rusiya 2008-ci ildə Gürcüstana qoşun yeritdikdən sonra müstqəil dövlət olaraq tanıdığı Abxaziya ilə “İttifaq və Strateji tərəfdaşlıq haqqında saziş” imzalayıb.

Simsar.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinlə Abxaziya Prezidenti Raul Hacımbanın birlikdə Soçidə imzaladığı sazişdə, Abxaziyanın dünyada müstəqil dövlət kimi tanınması üçün Rusiyanın səy göstərəcəyi vurğulanır.

Beş ildən bir yenilənəcək 10 illik imzalanan sazişə görə Rusiya, Abxaziyanın beynəlxalq təşkilatlara üzv olmasına çalışacaq. Tərəflərdən birinə hərbi müdaxilə olarsa, digəri bunu özünə edilmiş müdaxilə kimi qəbul edib hərtərəfli yardım edəcək. Rusiya və Abxaziya bir il müddətində birgə müdafiə birliyi təşkil edəcəklər. Abxaziya ordusu 3 il müddətində Rusiya tərəfindən müasirləşdiriləcək. Abxazların Rusiya vətəndaşlığına keçmə proseduru asanlaşdırılacaq.

Qeyd edək ki, Abxaziya müxalifəti bu sazişə etiraz edərək, “Buna əməkdaşlıq sazişi deməzlər. Saziş Rusiyanı Abxaziyanın rəisi etdi” açıqlamasını vermişdi. Gürcüstan isə Rusiyanı Abxaziyanı işğal etməkdə günahlandırmışdı. Avropa Birliyindən isə “Saziş Gürcüstanın ərazi bütövlüyünün və betynəlxalq hüququn pozulmasıdır” açıqlaması gəlmişdi. NATO da “Sazişi tanımırıq” açıqlaması verərək, etirazını bu şəkildə bildirmişdi.

Vüsal Qarayev







26 Noyabr, 2014  10:30 Baxılıb: 852 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner