Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

ABŞ-da “QARA CƏHƏNNƏM” - Ferquson - FOTOLAR

ABŞ-da qaradərili gənc Maykl Brounu silahsız olduğu halda öldürən ağdərili polis Darren Vilsonu məhkəmənin günahsız bilərək, azad etməsindən sonra başlayan etiraz aksiyaları bitmək bilmir. Artıq nümayişlərin dalğası ölkənin bir çox yerlərinə də çatıb.

Simsar.az xəbər verir ki, Maykl Brounun yaşadığı Ferquson şəhərində vəziyyət daha gərgindir. Məhkəmənin qərarından narazı xalq kütlələri şəhər küçələrində iğtişaşlar törədirlər. Binalar, iş yerləri, avtomobillər yandırılır. Polis də onlara gözyaşardıcı qazla qarşılıq verib.

ABŞ prezidenti Barak Obama da xalqa müraciət edərək, hər kəsi sakit olmağa çağırıb. Lakin Obamanın da sözləri xalqı sakitləşdirməy yetməyib. Hazırda Ferqusonda fövqəladə vəziyyət elan edilib. Artıq küçələrdən silah səsləri də gəlməyə başlayıb. Bu gecə şəhərdə ən az 10 bina yandırılıb. Binaları söndürməyə gələn yanğınsöndürənlərə də silahla atəş açılıb. Ümumilikdə 21 aksiya iştirakçısı yaralanıb. 80 nəfər isə həbs edilib.

Nyu-York, Çikaqo, Seatl, Los Anceles, Oakland, Kalifornia, hətta paytaxt Vaşinqtonda da etiraz aksiyaları keçirilir.

Vüsal Qarayev






26 Noyabr, 2014  09:51 Baxılıb: 847 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner