Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

NATO PA-da Ermənistanın hərbi təlimləri pislənildi

NATO Parlament Assambleyasının (PA) Niderlandın Haaqa şəhərində keçirilən 60-cı payız sessiyasında  prezidentlərin Paris görüşünün ardınca Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlim keçirməsi pislənilib.

Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü, deputat Məlahət İbrahimqızı APA-ya açıqlamasında bildirib ki, sessiyada plenar iclas zamanı Azərbaycan nümayəndə heyətinin çıxışında Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşünün ardınca ermənilərin cəbhə xəttində keçirdikləri hərbi təlimlər məsələsi qaldırılıb.

Onun sözlərinə görə, plenar iclası aparan NATO-nun yeni baş katibi Yens Stoltenberq ermənilərin yersiz iradlarını cavabsız buraxaraq, təlimlərlə bağlı Azərbaycan nümayəndə heyətinin suallarını cavablandırıb: “O, təlimlərin keçirilməsini pisləyərək, bunu qeyri-qanuni adladırdı. Bildirdi ki, məsələ sülh yolu ilə nizamlanmalı, danışıqların gedişinə hörmət olunmalıdır və NATO üçün ərazi bütövlüyü, suverenlik əsas prinsipdir”.

M.İbrahimqızı onu da bildirib ki, sessiyada həm Azərbaycan, həm də Ermənistan nümayəndə heyətləri tərəfindən təkliflər irəli sürülüb: “Ermənilərin təklifi - xalqların öz müqəddəratını təyin etməsi mövzusu heç müzakirəyə belə buraxılmadı. Azərbaycanın təklifi isə qəbul edilərək “NATO tərəfdaşlarına təminat və dəstək" adlı qətnaməyə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən maddə əlavə edildi. Qətnamənin qəbulu zamanı Ermənistan nümayəndə heyəti ciddi-cəhdlə qarışıqlıq yaratmaq istəsə də, NATO PA-ya üzv ölkələr sənədə səs verdilər”.






25 Noyabr, 2014  19:41 Baxılıb: 749 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner