Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

PrezidentTürkiyənin quru qoşunları komandanı Erdal Ceylanoğlunu qəbul edib

Görüşdə ölkələr arasında hərbi əməkdaşlığın vacibliyi vurğulanıb

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin quru qoşunları komandanı Erdal Ceylanoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün istiqamətlərdə çox yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı ölkələrimizin hərbi sahədə də yaxşı işbirliyinin yaradılmasından məmnunluğunu bildirib. Prezident İlham Əliyev Türkiyənin quru qoşunları komandanı Erdal Ceylanoğlunun səfər proqramı çərçivəsində keçirəcəyi görüşlərdə səmərəli müzakirələr aparılacağına əminliyini ifadə edib. Qarşılıqlı səfərlərin önəmini qeyd edən prezident İlham Əliyev Erdal Ceylanoğlunun ölkəmizə səfərinin uğurlu keçəcəyinə və Azərbaycan-Türkiyə əlaqələrinin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu deyib. Türkiyənin quru qoşunları komandanı Erdal Ceylanoğlu Azərbaycan ilə Türkiyə arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini vurğulayıb və bu münasibətlərin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib.






19 Aprel, 2011  23:00 Baxılıb: 1156 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner